Ən nifrət olunan biznesmen həbs edildi (FOTO)

Ən nifrət olunan biznesmen həbs edildi (FOTO)
21:16 17 Dekabr 2015
51 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın federal hakimiyyəti əczağçılıq maqnatı Martin Şkrelini həbs edib.

ANS PRESS-in məlumatına görə, ABŞ-da Şkreliyə "ölkənin ən nifrət oyadan biznesmeni" ləqəbi verilmişdi.

Biznesmen istiqraz vərəqələriylə bağlı fırıldaqlar haqqında iş üzrə saxlanılıb. Hazırda fakt üzrə araşdırmalar aparılır. Günahı subut olunacağı halda qalmaqallı biznesmeni uzun müddətli həbs gözləyir.


Martin Şkreli

Keçmiş maliyyəçi qalmaqallı şöhrəti avqustda 50 milyon dollarlara insan immun çatışmamazlığı virusu yoluxdurulmuş xəstələrin müalicəsi üçün tətbiq edilən dərmanın istehsalına patent aldıqdan sonra əldə edib. Maqnat bir həbin qiymətini bir neçə dəfə - 13,5 dollardan 750-ə qədər qaldırıb. Standart müalicə kursu üçün təxminən 100 ədəd həb tələb olunur. Həkimlərin və pasiyentlərin ciddi etirazına səbəb olan bu addımı Martin Şkreli belə izah edib ki, “firmanın gəlirlə işləməsini istəyir”. Onun bu hərəkəti amerikalı sakinlər arasında hiddət dalğası doğurub. ABŞ-da Şkrelinin hərəkətlərinə qarşı bir neçə dəfə etiraz aksiyası keçirilib.



ABŞ-ın "Turing Pharmaceuticals AG" farmaçev şirkəti malyariya və toksoplazmozun müalicəsində effektiv vasitə sayılan "Daraprim"in qiymətini 13,5 dollardan 750 dollaradək bahalaşdırıb.

Bu ilin avqustun 10-da "Turing Pharmaceuticals" şirkəti "pirimetamin" maddəsindən hazırlanmış "Daraprim" preparatının satış və müəlliflik hüquqlarını "Impax Laboratories"dən 55 milyon dollara satın almışdı. Daraprim əsasən toksoplazmozun müalicəsində istifadə olunur. Toksoplazmoz yetərincəə yaxşı bişməmiş ət və yumurtada, habelə infeksiyaya yoluxmuş heyvanlarda olan xəstəlikdir. Bu infeksiya insanda görmə qabiliyyətini zəiflədir, korluq yaradır, habelə beyində ağır fəsadlara səbəb olur. İmmunitet səviyyəsi aşağı olan insanlar, xüsusilə də QİÇS/HİV və onkoloji xəstəliklərə tutulmuş insanlar toksoplazmoza daha tez yoluxurlar.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367546

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR