Azərbaycan yeni silahlar istehsal edəcək - VİDEO

Azərbaycan yeni silahlar istehsal edəcək - VİDEO
21:17 17 Dekabr 2015
68 Digər
Ölkə mətbuatı
A- A+

Gələn il Azərbaycanda istehsal olunan müdafiə təyinatlı məhsulların sayında artım olacaq. Uzaq məsafələri vura bilən raketlər, çoxfunksiyalı pilotsuz uçan aparatlar bunlardan bir neçəsidir. Tank, helikopter və bu kimi hərbi texnikanın istehsalı isə prespektivdə mümkün ola bilər. Peşə bayramını qeyd edən müdafiə sənayesi naziri bu sahədəki hədəfləri açıqlayıb.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, uzun mənzilli raketlər və hədəfi məhv etməyə qadir pilotsuz uçan aparatlar. Bu silahlar gələn ildən Azərbaycanda istehsal olunacaq. Bunun üçün ölkəmizdə 4 yeni zavod fəaliyyətə başlayacaq.

Növbəti ildən ölkəmizdə müasir tipli uçan aparatların istehsal edilməsi üçün də hazılıq görülür. Müdafiə sənayesi nazirliyinin ordumuzu bütün növ silahlarla tam təchiz edə bildiyinin deyən nazir tank, helikopter və təyyarə istehsalı kimi böyük maliyyə vəsaitləri tələb edən sahələri prespektivdə düşündüklərini bildirib. Yaxın illərdə isə uzun mənzilli raketlər istehsal edilə bilər.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/391129.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR