FES-in qərarı manata necə təsir edəcək? - VİDEO

FES-in qərarı manata necə təsir edəcək? - VİDEO
21:17 17 Dekabr 2015
69 Digər
Ölkə mətbuatı
A- A+

Amerika mərkəzi bankı uçot dərəcəsini artırdı, beynəlxalq valyuta bazarlarında dollar bahalaşdı. İndi hamını bir sual düşündürür: bu qərar manatın məzənnəsinə necə təsir edəcək?

Amerika Birləşmiş Ştatlarının iqtisadi artımını sürətləndirmək üçün 10 ildən sonra Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini artırdı.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki,  uçot dərəcəsi ilə bağlı qərara beynəlxalq maliyyə bazarları dərhal reaksiya verdi, bir neçə saniyə sonra dollar bahalaşdı, digər valyutalar ona nisbətən dəyər itirdi. Ancaq bu dəyişiklik manatda özünü göstərmədi. Bu gün Azərbaycan Mərkəzi Bankı rəsmi məlumat yayaraq, manatın dollara qarşı məzənnəsinin sabit dinamikada davam etdiyini açıqlayıb.

Bununla belə, Azərbaycan dünya iqtisadiyyatının bir parçası olduğuna görə baş verən proseslərə reaksiya gözləniləndir. Ancaq manatın məzənnəsində kəskin devalvasiya proqnozlaşdırılmır.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/391128.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR