Toyuq filesi də bahalaşdı - VİDEO

Toyuq filesi də bahalaşdı - VİDEO
21:17 17 Dekabr 2015
69 Digər
Ölkə mətbuatı
A- A+

Bir həftədən artıqdır ki, ət məhsullarının qiymətində tərs mütənasiblik var. Belə ki, mal və qoyun ətinin qiymətində enmələr müşahidə edilsə də, toyuq məhsullarının xüsusilə döş əti-filenin qiymətində müəyyən bahalaşma var.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, bayramqabağı mal və qoyun ətininin qiymətində ucuzlaşma müşahidə edilir. Qiymətlər 1 manat 1 manat 50 qəpik arasında aşağı düşüb.

Mal və qoyun ətinin qiyməti düşsə də, toyuq məhsullarının, xüsusilə döş əti olan filedə cüzi bahalaşma var. Satıcılar cüzi bahalaşmanı məhsulları gətirən şirkətlərin qiyməti qaldırması ilə əlaqələndirirlər

Məsələ ilə bağlı Respublika quşçuluq cəmiyyətindən bildirilib ki, toyuq filesinə tələbat az olduğundan,qiymətlərin istehsaçılar tərəfindən qaldırılması real görünmür. Əgər hanasısa marketlərdə cüzi bahalaşma varsa, bu mağaza sahibləri tərəfindən qaynaqlanır.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/391127.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR