Bakı. 17 dekabr. REPORT.AZ/ Türkiyənin Antalya şəhərində yaşayan 41 yaşlı musiqi müəllimi Özləm Ebru Dəmirər tutulduğu xərçəng xəstəliyindən musiqi vasitəsilə xilas olub.
"Report" Türkiyə KİV-inə istinadən məlumat verir ki, uzun illər musiqi müəllimi kimi çalışan Ö.Dəmirər 2013-cü ildə döş xərçənginə tutulub.
Bir il ərzində xəstəliyini müalicə etdirməklə yanaşı, əhvalını yüksək saxlamaq üçün həm də musiqi ilə məşğul olan xanım həkimi ilə birlikdə xərçəng xəstəsi olan və bu xəstəliyə qalib gələn insanlardan ibarət bir xor yaratdıqlarını, xorda türk sənət və xalq musiqilərini səsləndirdiklərini bildirib: "Bir şəkildə hayatın bir yerindən yapışmaq lazımmış, xərçəngin ən böyük dərmanı həyata bağlı olmaqdır. Mən musiqi vasitəsilə həyatdan yapışdım və xəstəliyimə qalib gəldim".