Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Suriya müxalifətinin hakimiyyətlə danışıqlarda əlaqələndiricisi məlum olub

Suriya müxalifətinin hakimiyyətlə danışıqlarda əlaqələndiricisi məlum olub

Date: 17 December 2015 21:39

 Suriya müxalifəti rəsmi Dəməşqlə aparılacaq danışıqlar üçün ölkənin sabiq baş naziri Riyad Hicabı əlaqələndirici seçib. APA-nın verdiyi xəbərə görə, bu barədə “Röyters” məlumat yayıb.

 

Məlumata görə, Riyad Hicab müxalifətin Səudiyyə Ərəbistanında keçirilmiş görüşü zamanı   əlaqələndirici seçilib. Onun namizədliyini Müxalifət Şurasının 34 üzvündən 24-ü  dəstəkləyib.    

 

Qeyd edək ki,  Riyad Hicab 2012-ci ilin iyunundan avqustunadək Suriyanın  baş naziri vəzifəsində çalışıb. Bundan əvvəl isə o, ölkənin kənd təsərrüfatı naziri postunda çalışıb. Riyad Hicab 2012-ci ilin avqustunda ailəsi ilə birlikdə İordaniyaya qaçaraq müxalifətə qoşulub. 


Tags:  Suriya müxalifətinin hakimiyyətlə danışıqlarda əlaqələndiricisi məlum olub

RƏYLƏR


Top news