“Neftçi”nin baş məşqçisi: "AZAL komandasını qələbə münasibəti ilə təbrik edirəm"

“Neftçi”nin baş məşqçisi: "AZAL komandasını qələbə münasibəti ilə təbrik edirəm"
22:02 17 Dekabr 2015
25 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ Topaz Premyer Liqasının XVII turuna “Bakcell Arena”da yekun vuruldu. AZAL səfərdə “Neftçi”ni məğlub etdi (1-0).
"Report" xəbər verir ki, “Neftçi”nin baş məşqçisi Əsgər Abdullayev oyunun nəticələrini şərh edib: “Həmişə futbolçulara demişəm ki, komandaları reytinqlərə bölmək lazım deyil. Əsas işimiz oyuna köklənmək olmalıdır. Amma görünür ki, biz hələ bunun üzərində işləməliyik. AZAL komandasını qələbə münasibəti ilə təbrik edirəm. Bu komandanın öz oyun üslübu var. Bu rəqibin ünvanına “küçə komandası” kimin dediyini bilmirəm. Küçə komandasının Premyer Liqada nə işi var?"
Ə.Abdullayevin sözlərinə görə, onun Tərlan Əhmədovdan incikliyi yoxdur. "Ona əl uzatdım. Öz futbolçularıma qarşı əsəbi idim. Özümü çox pis hiss edirdim, dərman qəbul etməli idim. Vəziyyəti başqa dona salmaq lazım deyil”. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/neftci-nin-bas-mesqcisi-azal-komandasini-qelebe-munasibeti-ile-tebrik-edirem

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR