Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiyada erməniyə görə azərbaycanlını tutdular

Rusiyada erməniyə görə azərbaycanlını tutdular

Date: 17 December 2015 22:05

Alik İbrahimov ictimai yerdə ermənilərin zorakı hərəkətlərindən, vəhşiliyindən danışıb.

Rusiyada azərbaycanlını ermənilərə qarşı səsləndirdiyi ifadələrə görə mühakimə ediblər.

Milli.Az anspress-ə istinadən bildirir ki, Tselinski rayon məhkəməsi azərbaycanlı Alik İbrahimov barəsində cinayət işi açıb. Deyilənlərə əsasən, Alik İbrahimovu düşmənçilik münasibəti ilə bağlı ermənini təhqir etməsində günahlandırırlar.

Rostov əyalətinin rəsmi məlumatına görə, ittiham olunan şəxs Rostovda - ictimai yerdə, kütlə arasında ermənilərin zorakı hərəkətlərindən, vəhşiliyindən danışıb. 

Yerlimizin etdiyi bu hərəkətlərdən sonra onu başqa xalqı təhqir etdiyinə görə xəbərdarlıq olunub və məhkəmədə ona qarşı iddia qaldırılıb. 
Oxşar hadisə İrəvanda da baş verib. Bu ilin dekabrın 9-da Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) ehtiyatda olan 38 yaşlı mayor Qarik Xaçikoviç Marutyanı həbs edib. Armavir şəhər sakini olan mayor uzun illər Azərbaycan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinir. 

Ermənistan MTX-nin açıqlamasında qeyd olunur ki, uzun müddət müxtəlif hərbi hissələrdə kəşfiyyat rəisi işləmiş Qarik Marutyan sosial şəbəkə vasitəsi ilə Azərbaycanın Türkiyədəki xüsusi xidmət orqanları ilə əlaqə yaradıb. Maliyyə vəsaiti qarşılığında onda olan və dövlət sirri hesab olunan informasiyaları onlara ötürməyə razılaşıb.
Milli.Az


Tags:  Rusiyada erməniyə azərbaycanlını tutdular


RƏYLƏR


Top news