Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ən nifrət olunan həbs olundu

Ən nifrət olunan həbs olundu

Date: 17 December 2015 22:22

Nyu-Yorldakı "Turing Pharmaceuticals AG" farmasevtika şirkətinin rəhbəri Martin Şkreli fırıldaqçılıqda şübhəli bilinərək həbs olunub.
Milli.Az Bloomberg-ə istinadən bildirir ki, o, bu gün səhər Nyu-Yorkun Manhetten səmtindəki mənzilində tutulub.
Şkreli HİV xəstələrinin müalicəsi üçün nəzərdə tutulan preparatı satın alandan sonra onun qiymətini 5500 faiz qaldırmışdı.
32 yaşlı Şkreli fərdi borclarını ödəmək üçün "Retrophin Inc." şirkətinin maliyyəsindən istifadə olunmaqda suçlanır.
O, hüquqşünas Evan Qribellə birlikdə saxta "MSMB Capital Management" fondu da yaradaraq qanunsuz ödənişlər edib, anlaşma və müqavilələri reallaşdırıb.
Şirkət zərərlə işləməyə başlayanda isə o, borcları "Retrophin Inc." hesabına ödəyib.
M.Şkreli HİV xəstələrinin müalicəsi üçün istifadə olunan preparatın lisenziyasını 50 milyon dollara satın alandan sonra dərmanın satış qiymətini 13,5 dollardan 750 dollaradək bahalaşdırmışdı.
Milli.Az


Tags:  nifrət olunan həbs olundu


RƏYLƏR


Top news