Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Artıq çəki insan ömrünü 8 il qısaldır

Artıq çəki insan ömrünü 8 il qısaldır

Date: 17 December 2015 22:42

Məhşur "Lancet Diabetes and Endocrinology" jurnalında maraqlı araşdırmanın nəticələri dərc olunub. Alimlər kompüterin köməyi ilə xüsusi riyazi model hazırlayıblar. Kompüterə piylənmədən əziyyət çəkən insanlar haqqında məlumatlar daxil edlirdi. Nəticədə məlum olub ki, piylənmə insan ömrünü 8-9 il qısaldır. Qarın nahiyyəsində piylərin yığılması (visseral piy) şəkərli diabet, ürək-damar sistemi və s. ağır xəstəliklərinin inkişafında əsas rollardan birini oynayır.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki,  Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, dünyada 1,5 mlrd. insan piylənmədən əziyyət çəkir. Piylənmə çox "cavanlaşıb". Artıq bu diaqnoz 20 yaşlı insanlara və hətta uşaqlara qoyulur. Alimlərin fikirinə görə, bu çox təhlükəli tendensiyadır.
Milli.Az


Tags:  çəki insan ömrünü il qısaldır

RƏYLƏR


Top news