Azərbaycanda qadın intiharları: səbəb nədir?

Azərbaycanda qadın intiharları: səbəb nədir?
22:47 17 Dekabr 2015
51 Digər
Ölkə mətbuatı
A- A+

Ölkədə intihar və intihara cəhd halları ilə bağlı mütəmadi məlumatlar yayılır. Bu sırada qadınların sayı daha qabarıq nəzərə çarpır. Təqribən son bir ay ərzində bir neçə qadın intihar nəticəsində dünyasını dəyişib. Belə hadisələr gündəmdən düşmür. Heç bir səbəb bilinmədən, heç kimə heç nə demədən insanlar intihar edirlər. Səbəbi bilinməsə də, bu məsələ ictimaiyyətdə ciddi narahatlıqlar doğurmağa başlayıb. Əlbəttə ki, səbəbsiz heç kim özünə qəsd etməz. İnsanların canına qıyması üçün mütləq bir ciddi səbəb var ki, həmin səbəblər intihar edən insanı sıxır və onu bezdirir. Təbii ki, bu da həddindən artıq ciddi problemlərdir. Bəs bu hallara səbəb nədir? Niyə insanlar bilə-bilə canlarına qəsd edirlər? Hansı ciddi əsaslar var ki, insanı həyatdan bezdirir, yaşamaq istəmir, həyatına son qoyur?

Əslində, intihar İslam dinində də ən böyük günah hesab edilən haldır və bu cür hadisələr dinimizdə pislənir. Ümumən, İslam dinində hansısa bir canlını yaşamaqdan məhrum etmək haram sayılır. Bu, istənilən halda dində qəbuledilməzdir. İnsanın öz canına qəsd etməsi isə daha böyük günahdır. Bunu bilən insanların canlarına qəsd etməsinə nə ad vermək olar? İnsan niyə özünü həyatdan məhrum edir?

25 yaşlı qadının həyatına son qoyan ailə münaqişəsi

İntiharların səbəbləri müxtəlif olsa da, son vaxtlar baş verən intiharlarda əsas səbəb sosial sıxıntılar, xəstəliklər və ailə münaqişələridir. Məsələn, bir neçə gün öncə Bakıda özünü 19-cu mərtəbədən ataraq intihar edən 25 yaşlı qadının intihar səbəbləri kimi ailə münaqişəsi göstərilib.

Maraqlıdır, ailədə nə qədər ciddi problemlər baş verir ki, insanlar bu problemi həll etmək, ailəsində vəziyyəti normallaşdırmaq əvəzinə, intihar edir? Ailədə baş verən problemlər ya maddi sıxıntılardır, ya da ər-arvad münasibətləri. Bu problem ailələri o qədər sıxmağa başlayıb ki, artıq ailədə qadın və ya kişidə psixoloji problemlər yaradır. Bu da sonda iradəsinə gücləndirə bilməyən ailə üzvünün psixi pozğunluq nəticəsində intiharı ilə sonuclanır. 25 yaşlı 3 uşaq anası olan xanım həyat yoldaşı ilə mübahisə edəndən sonra özünü 19-cu mərtəbədən atmaq qərarı verib. Ailədaxili münaqişədən günlərlə, bəzən də aylarla sıxılan qadın öz emosiyalarını idarə edə bilmir və əsəblərini sakitləşdirə bilməyərək həmin an canına qıyır.

57 yaşlı qadın özünə od vurur, 22 yaşlı qız özünü binadan atır

Dekabrın 2-də Gədəbəydə 57 yaşlı qadının intihara cəhd səbəbi də ailə münaqişəsi göstərilir. Bu qadın da ailədəki söz-söhbətə dözə bilməyərək özünə qəsd edib. Ailədəki söz-söhbətin, münaqişənin səbəbi tam məlum olmasa da, ümumən, münaqişənin adətən ərlə arvad arasında mübahisədən yarandığı bəllidir.

Bakıda tələbə qız da müəmmalı intihar edib. 22 yaşlı qız özünü yaşadığı binanın damından atıb. Tələbə qızın özünü öldürməsinin səbəbləri hələ məlum deyil. Təbii ki, bu qızın da intihar etməsinə səbəb hansısa sosial sıxıntıdır. Ailədaxili münaqişəsi olmasa da, gənc qız hansısa sıxıntılara tab gətirməyərək intihar yolunu seçib.

İntihar edənlər arasında kişilər olsa da, statistika daha çox qadınların intihara əl atdığını deyir.

Ər və ya arvad ailə psixoloqlarından niyə imtina edir?

Ailələrdəki bu problemlərin həlli üçün vacib məsələlərdən biri də ailə psixoloqlarının köməyindən istifadə etməkdir. Ailə psixoloqlarının ailə üzvləri ilə mütəmadi söhbəti insanlarda həm təskinlik, səbr yaradır, həm də ailədəki problemlərin asan yollarla həllinə gətirib çıxarır. Amma təəssüflər olsun ki, bu gün Azərbaycanda ailə institutlarına, ailə psixoloqlarına maraq göstərən ailələr həddindən artıq azdır. Əksər ailələr bu cür institutlara müraciət etməkdən çəkinir, ailəsinin problemlərinə başqa şəxsin müdaxiləsinə qarşı çıxır. Həmin şəxslər ailələrinin problemlərini özləri həll etmək və problemin kənara çıxmamasını istəyirlər. Sonda ailələrdə bu cür faciələr baş verir.

Psixoloq: "Problemdən qurtulmağa kişinin çıxış yolu var, qadının yox"

Psixoloq Ramil Nəcəfli də intihar hadisələrində qadınların çoxluq təşkil etdiyini bildirir. Onun sözlərinə görə, intihar özlüyündə güclü stress və affekt halında, güclü depressiya vaxtı atılan bir addımdır: "Qadın o anda çarəsiz və çıxılmaz vəziyyətdə olur. Başqa yolu qalmadığını düşünür. Bu fikir qadının bir anlıq affekt halında ağlına gəlir. Həmin anda ona dəstək olsa, bəlkə də bu intihar cəhdinin qarşısını almaq olar. Amma dəstək olmadığı üçün qadınlar özlərinin mənasız, lazımsız, artıq həyatın bitdiyi nöqtədə olduqlarını fikirləşirlər".

Psixoloq deyir ki, Azərbaycanda qadını intihara aparan çarəsizlik və başına gələnlərdən dolayı rüsvayçılıqdan yaxa qurtarmaq hissidir: "Qadın ailədə digər təzyiqlərə o qədər məruz qalır ki, sonda gücsüzlüyündən, çarəsizliyindən intihar edir. Kişinin çıxış yolu var və ya heç çıxış yolu axtarmır da. Qadınsa çıxış yolu axtarsa da, tapa bilmir".

R.Nəcəfli bildirir ki, insanların intihara cəhd etməsinin ilk səbəbi iradəsizliyi və həyatla mübarizəyə tab gətirməməsidir: "Yəni bütün hallarda insan, ilk növbədə, səbrli və dözümlü olmalıdır ki, qarşılaşdığı hansısa problemin həlli yollarını tapa bilsin. Problemin qarşısını almağa cəhd etməyən şəxsin problemləri ciddiləşir və o, sonda intihar etmək qərarı verir".

Samir Məmmədov

Trend

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Dünyanın ən bahalı limuzinləri

30 Aprel 2017 03:40

Mosulda ABŞ hərbçisi həlak olub

30 Aprel 2017 03:36

Vitali Kliçko Entoni Coşuaya nokautla məğlub olub

30 Aprel 2017 03:32

Mənzildə qara çiçək və ağac - FOTO

30 Aprel 2017 03:32

Coşua Kliçkonu nokaut etdi

30 Aprel 2017 03:24

İranın "GEM" telekanalının prezidenti Türkiyədə qətlə yetirilib

30 Aprel 2017 03:22

Mosulda polislərə hücum edən terrorçular məhv edilıb

30 Aprel 2017 02:49

Çində mağara evi - FOTO

30 Aprel 2017 02:37

Mosulda 14 polis əməkdaşı partlayışın qurbanı olub

30 Aprel 2017 02:29

Fransadakı beynəlxalq konfransda Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalına toxunulub

30 Aprel 2017 02:22

Doşab inanılmaz dərəcədə faydalıdır

30 Aprel 2017 02:14

Qurban Qurbanov “Qarabağ”ın yay planlarını açıqladı

30 Aprel 2017 02:04

Təl-Əvivdə şou-rum - FOTO

30 Aprel 2017 01:32

Estoniyada 5 min ev işıqsız qalıb

30 Aprel 2017 01:29

Yeni nəsil elektrik maşınlarının istehsalı çətinləşir

30 Aprel 2017 01:18

Şəhriyar Məmmədyarov Vüqar Həşimovun xatirə turnirində ilk məğlubiyyətlə üzləşib

30 Aprel 2017 01:02

Məşhurlar uşaq əmizdirərkən

30 Aprel 2017 01:00

Xaçmazda yanğın olub

30 Aprel 2017 00:55

Maşın 11 yaşlı uşağı vurub komaya saldı

30 Aprel 2017 00:49

"Bavariya"dan ardıcıl 5-ci çempionluq

30 Aprel 2017 00:48

Kubada hərbi təyyarə qəzaya uğradı

30 Aprel 2017 00:47

Polis müştəri saç ustası tərəfindən döyüldü

30 Aprel 2017 00:31

Türkiyədə "Wikipedia"ya giriş bağlanıb

30 Aprel 2017 00:22

İntihara əl atan qadını polis xilas etdi

30 Aprel 2017 00:16

Polad Bülbüloğlu bu ölkənin xalq artisti oldu

30 Aprel 2017 00:09

Astroloji proqnoz - 30 aprel

30 Aprel 2017 00:08

Əyləncənin "dozası"nı qaçıranda belə olur

30 Aprel 2017 00:07

“Əgər Ermənistanın belə silahları vardısa döyüşü niyə uduzurdu?...” LONDONDAN ERMƏNİLƏRƏ SUAL

30 Aprel 2017 00:05

Premyeraya şəffaf geyindi - FOTO

30 Aprel 2017 00:05

300 manata görə həbsxanalıq oldu

30 Aprel 2017 00:05

Günün qoroskopu: sual verməkdən çəkinməyin

30 Aprel 2017 00:05

Polad Bülbüloğluya "Türkmənistanın Xalq artisti" adı verilib

30 Aprel 2017 00:01

ABŞ həbsxanalarında bərbad vəziyyət: qadınlara təcavüz edilir

29 Aprel 2017 23:57

İldırım sürətli silahlanma – kabus, yoxsa reallıq...

29 Aprel 2017 23:57

Corab sataraq milyonçu olan məktəbli

29 Aprel 2017 23:57

Cəlilabadda uşağı avtomobil vurdu

29 Aprel 2017 23:52

Kürək və onurğaətrafı nahiyələr nədən ağrıyır?

29 Aprel 2017 23:52

Gəncə sakini bıçaqlandı

29 Aprel 2017 23:49

Bakıdakı şadlıq sarayları taktikanı dəyişir

29 Aprel 2017 23:48

Hikmətyar talibləri danışıqlara çağırdı

29 Aprel 2017 23:47

Qulaq ağrısına qarşı təbii üsul

29 Aprel 2017 23:47

Təzə gicitkən - SAĞLAMLIQ MƏNBƏYİ

29 Aprel 2017 23:42

Gənəgərçək yağının artritə dərman olduğunu bilirdinizmi?

29 Aprel 2017 23:42

Bu qızı geyiminə görə yarışa buraxmadılar

29 Aprel 2017 23:40

Məşhur aktrisa yarıçılpaq fotolarını paylaşdı - FOTO

29 Aprel 2017 23:32

Gəncədə 22 yaşlı gənc bıçaqlanıb

29 Aprel 2017 23:32

İŞİD silahlıları Taliban rəhbərlərindən birini öldürüblər

29 Aprel 2017 23:29

Gizlətdiyi sevgilisi ilə əl-ələ görüntüləndi - FOTO

29 Aprel 2017 23:27

Lincoln-dan yeni Navigator - FOTO

29 Aprel 2017 23:27

Göyərtəsində 39 sərnişin olan təyyarə qəzaya uğradı

29 Aprel 2017 23:23