Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İŞİD kimyəvi silahı ələ keçirdi

İŞİD kimyəvi silahı ələ keçirdi

Date: 17 December 2015 22:47

İŞİD qruplaşması Liviyanın cənubundakı kimyəvi silah arsenalını ələ keçirib.
 
Milli.Az publikia.az-a  istinadən xəbər verir ki, bu barədə Liviyanın keçmiş prezidenti Müəmmar Qəddafinin qohumu və müşaviri olmuş Əhməd  Qəddaf əd Dam məlumat yayıb.
 
Onun sözlərinə görə, İŞİD Tripolinin ətrafına ordu cəmləşdirir. Hazırda Liviyadakı İŞİD-çilərin sayının iki mindən çox olduğu bildirilir.
 
Qeyd edək ki, Rakkanın ardıcıl olaraq hava hücumlarına məruz qalmasından sonra terrorçular paytaxtı Suriyadan Liviyaya köçürməyi planlaşdırır. Hətta bir neçə gün öncə Əbu Bəkr Əl Bağdadinin Suriyadan Liviyaya köçdüyü bildirilir.
Milli.Az


Tags:  İŞİD kimyəvi silahı ələ keçirdi


RƏYLƏR


Top news