Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Küçə komandasının Premyer Liqada nə işi var?”

“Küçə komandasının Premyer Liqada nə işi var?”

Date: 17 December 2015 22:52

"Həmişə futbolçulara demişəm ki, komandaları reytinqlərə bölmək lazım deyil. Əsas işimiz oyuna köklənmək olmalıdır. Amma görünür ki, biz hələ bunun üzərində işləməliyik. AZAL komandasını qələbə münasibəti ilə təbrik edirəm". 

Bu sözləri "Neftçi"nin baş məşqçisi Əsgər Abdullayev deyib.
 Milli.Az pfl.az-a istinadən bildirir ki, Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində səfərdə AZAL-la qarşılaşan "ağ-qaralar"ın çalışdırıcısı matç haqqında fikirlərini bölüşüb: "Bu komandanın öz oyun üslubu var. AZAL-ın ünvanına "küçə komandası" kimin dediyini bilmirəm. Küçə komandasının Premyer Liqada nə işi var? Mənim Tərlan Əhmədovdan incikliyim yoxdur, ona əl uzatdım. Öz futbolçularıma qarşı əsəbi idim. Özümü çox pis hiss edirdim, dərman qəbul etməli idim. Vəziyyəti başqa dona salmaq lazım deyil".
Milli.Az


Tags:  Küçə komandasının Premyer Liqada işi var

RƏYLƏR


Top news