Ruslar məşhur türk bankında axtarışa başladı (VİDEO, FOTO)

Ruslar məşhur türk bankında axtarışa başladı (VİDEO, FOTO)
22:56 17 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya paytaxtı Moskvada Türkiyəyə məxsus "Garanti bank"da axtarışlar aparılır.

ANS PRESS-in məlumatına görə, Rusiya Daxili İşlər Nazirliyinin və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları "Moskva Siti" də yerləşən bankın ofisini pul yuyulması üzrə bir neçə cinayət işi çərçivəsində axtarırlar.

Bankda pul vəsaitlərinin qanunsuz olaraq xaricə çıxarılmasına dair cinayət iş çərçivəsində axtarışlar davam edir. İlkin məlumata görə, Türkiyənin bir neçə vətəndaşı, həmçinin aralarında Endim Levent və Erquş Alber olmaqla paytaxtın bir neçə bankı vasitəsilə xaricə pul keçirib. Bu fakt üzrə bir neçə maddə ilə həmçinin "Qanunsuz bank fəaliyyəti" maddələri ilə bir neçə cinayət işi açılıb. Aparılan pul əməliyyatlarının 5 milyard rubl həcmində olduğu bildirilir.



“Şübhələnilənlər barəsində saxlanma barədə qərar çıxarılıb. Ümumən ofis, mənzillə və şübhələnilənlərin kotteclərində olmağla 30 axtarış keçirilib”, - deyə paytaxt polisinin mətbuat katibi Andrey Qaliakberov bildirib.


Andrey Qaliakberov

Bu gün səhər Azərbaycan Beynəlxalq Bankının Sankt-Peterburqdakı şöbəsində də hüquq-mühafizə orqanları xüsusi təyinatlı polisin dəstəyi ilə axtarışlar aparıb. Axtarışlar pul vəsaitlərinin qanunsuz olaraq xaricə çıxarılmasına dair cinayət iş çərçivəsində aparılıb. Bildirilir ki, hüquq-mühafizə orqanları bu gün səhər saatlarında Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı “MBA-Moskva”nın Sankt-Peterburq ofisinə basqın ediblər. Daha sonra Rusiya DİN-in Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin İstintaq İdarəsi iqtisadi təhlükəsizlik şöbəsi Azərbaycan Beynəlxalq Bankının Sankt-Peterburqdakı filialında apardığı axtarışın səbəbi məlum olub.



Azərbaycan Beynəlxalq Bankının mətbuat katibi Yadigar Cəfərli bildirib ki, hüquq-mühafizə orqanları əməkdaşları filiala keçmiş müştərilərdən biri haqqında bəzi sənədlərin əldə olunması məqsədilə gəliblər: “Hüquq-mühafizə orqanları istintaq gərəyi hərdən belə tədbirlər həyata keçirə bilərlər. Hazırda Peterburq filialı işləyir və fəaliyyətində heç bir problem yoxdur”.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367548

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR