Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Pentaqon rəhbəri İraqın Kürdüstan regionunda olub

Pentaqon rəhbəri İraqın Kürdüstan regionunda olub

Date: 17 December 2015 23:27

Bakı. 17 dekabr. REPORT.AZ/ ABŞ-ın müdafiə naziri terrorçu İŞİD qruplaşmasına qarşı mübarizənin genişləndirilməsi məqəsdi ilə İraqda kürd rəsmiləri ilə müzakirələr keçirir.
"Report"un "Amerikanın səsinə" istinadən verdiyi xəbərə görə, Ərbil şəhərinin hava limanında Eşton Karteri Kürdüstan muxtar vilayətinin baş nazir müavini Qubad Talabani qarşılayıb.
E.Karter Şimali İraqın Kürdüstan regionunun lideri Məsud Barzani ilə görüşüb. Onun ABŞ-ın regiondakı hərbi qüvvələri ilə də görüşü planlaşdırılır.
Müxbirlələ görüşü zamanı Karter deyib ki, kürdlərin İŞİD-i məğlub etmək qabiliyyətinə malik olan Peşmərqə ordusu indiyədək şücaət nümayiş etdirib.

Tags:  Pentaqon rəhbəri İraqın Kürdüstan regionunda olub

RƏYLƏR


Top news