Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda qadın qatili cəzasını aldı - FOTO

Bakıda qadın qatili cəzasını aldı - FOTO

Date: 17 December 2015 23:37

Bakı Ağır Cinayətlər Məhkəməsində Şabran rayon sakini Elnur İsmayılovun CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ittiham aktına əsasən, bu il aprelin 17-də daxil olan məlumat əsasında Suraxanı RPİ 31-ci polis bölməsinin əməkdaşları şəhər sakini Çiçək Alıyevanın meyitini Bülbülə qəsəbəsində yaşadığı evində aşkar ediblər, ekspertin iştirakı ilə hadisə yeri müayinə olunub.

Faktla əlaqədar rayon prokurorluğunda cinayət işi başlanıb, məhkəmə-tibbi ekspertizasının rəyinə görə, qadın əl və ayaqla yetirilən zərbələr nəticəsində keçinib. 

İstintaq-əməliyyat yolu ilə müəyyən edilib ki, cinayəti mərhumun tanışı, əvvəllər məhkum olunmuş Elnur İsmayılov törədib. Hadisədən 11 gün sonra şübhəli şəxs Şabran RPŞ-nin əməkdaşları tərəfindən tutulub və istintaqa təqdim edilib.

Dindirmə zamanı o, Çiçək Alıyevanı aralarında yaranmış münaqişə zəminində qətlə yetirdiyini bildirib.

Məhkəmə prosesində E.İsmayılov əməlindən peşman olduğunu qeyd edib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi-rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 13 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Milli.Az







Tags:  Bakıda qadın qatili cəzasını aldı FOTO


RƏYLƏR


Top news