Ağstafada yol qəzası: yaralılar var

Ağstafada yol qəzası: yaralılar var
23:37 17 Dekabr 2015
76 Digər
Ölkə mətbuatı
A- A+

Ağstafada iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun Ağstafa şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
 
"Mercedes" markalı minik avtomobili ilə  "KAMaz" markalı yük maşınının toqquşması nəticəsində "Mercedes"də olan iki nəfər, Ağstafa rayon sakinləri, 1989-cu il təvəllüdlü Əvəz Alıməmmədov və 1988-ci il təvəllüdlü Orxan Yusibov müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/391149.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR