İlin ən çox axtarılan mövzuları (VİDEO)

İlin ən çox axtarılan mövzuları (VİDEO)
23:51 17 Dekabr 2015
30 Şou
Ölkə mətbuatı
A- A+

2015-ci ildə "Google"da ən çox axtarılan mövzuların adı açıqlanıb.

ANS PRESS-in məlumatına görə, "Google" 2015-ci ildə ən çox axtarılanların mövzularını, trendlərini “A Year in Search” icmalında açıqlayıb.

Dünya miqyasında "Google" üzərindən bu il ölkələrin maraqla axtardıqları məşhur şəxslərin, film və TV proqramların siyahısı tərtib edilib.

"Google"un “A Year in Search 2015” hesabatında bu il birinci yeri 897 milyondan çox axtarış sayı ilə Parisdəki terror hücumları tutub.


Parisdəki terror hücumundan sonra.

496 milyon axtarışla 87-ci "Oscar" mükafatları 2-ci sırada olub.

Gündəmə gəldiyi gündən indiyə qədər 155 milyonu keçən “Ulduz Döyüşləri” filmi sürətlə yüksəlib. Film "Google"da ən çox axtarılanlar siyahısındadır.

Ötən gün “Youtube” video kanalı 2015-ci ilin ən populyar videolarının TOP-10-luğunun siyahısını açıqlayıb. 10 çarxdan ibarət siyahıya müxtəlif əyləncəli kliplər, Amerika televiziya şoularından fraqmentlər yer alıb.

TOP-10-luğa Heven Kinq adlı qızın iştirakı ilə klip başçılıq edir. Bu klipdə o, öz dostları ilə amerikalı “Silento” adlı ifaçının “Watch Me” mahnısına rəqs edir.


Heven Kinq - “Watch Me”

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=367507

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR