Azərbaycan terrora qarşı İslam koalisiyasına qoşula bilər

Azərbaycan terrora qarşı İslam koalisiyasına qoşula bilər
23:56 17 Dekabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+

Qərbin dəstəyi ilə yaradılan "Terrorizmə qarşı İslam koalisiyası"nın tərkibində 3 milyon əsgər xidmət edəcək.

ANS PRESS-in məlumatına görə, Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiyaya 34 ölkə qoşulub. Hərbi koalisiyada 19.471 tank terrorçuluğa qarşı istifadə ediləcək.

İslam İttifaqına Səudiyyə Ərəbistanın ən böyük rəqibi İran, həmçinin İraq və Suriya dəvət olunmayıb. Amma yeni yaradılan ittifaqa Azərbaycanın da daxil olacağı ehtimal edilir. Çünki Azərbaycana bununla bağlı təklif göndərilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ANS PRESS-ə açıqlamasında bildirib ki, Azərbaycanın "Terrorizmə qarşı İslam koalisiyası"na qoşulmasına dair müzakirələr aparılır.

Belə ittifaqlarda əsas prinsiplərdən biri hədəfə qarşı birlikdə addım atmaqdır. Yəni ki, koalisiya dövlətlərindən hər hansı birinə qarşı təhlükə yaranarsa, bütün ölkələr onu müdafiə edir. Bu təcrübən ABŞ –da 11 sentyabrda baş verən terror hadisəsindən sonra tətbiq edilib. Həmin vaxt ABŞ terror hadisəsini təhlükəsizliyinə qarşı təhdid hesab edərək, məsələni Birləşmiş Millətlər Təşkilatında (BMT) müzakirəyə çıxarmışdı. Həmçinin ABŞ NATO-dakı müttəfiqləri ilə birlikdə terrordan müdafiə adı altında Əfqanıstanı işğal etdi.


İŞİD silahlıları


Siyasi liderlər çıxışları zamanı terrorun millətinin və dininin olmadığını bildirirlər. Məlumdur ki, Azərbaycan uzun illər erməni terrorundan əziyyət çəkib. Həmçinin hazırda müharibə şəraitində yaşayan dövlətdir. Belə bir şəraitdə yeni Qarabağ müharibəsi başlayarsa, yaradılan koalisiyanın müttəfiq kimi Azərbaycana kömək edib - etməyəcəyi barədə sual ortaya çıxır.



Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü, millət vəkili Zahid Oruc bildirdi ki, "Terrorizmə qarşı İslam koalisiyası" nın Dağlıq Qarabağda bizimlə çiyin – çiyinə vuruşacağı real görünmür: “Bu koalisiya İrana, Rusiyaya və Suriya prezidenti Bəşər Əsədə qarşı yaradılır. Müharibə başlayarsa, Türkiyə və Pakistandan başqa heç bir dövlətin Azərbaycanı müdafiə edəcəyi real görünmür. İslam ölkələri heç vaxt güclü bir mərkəz kimi çıxış edə bilməyib”.


Zahid Oruc - millət vəkili


Z.Oruc bildirdi ki, Azərbaycanın bu koalisiyada iştirakı onun beynəlxalq nüfuzuna zərər gətirə bilər: “Çünki "Terrorizmə qarşı İslam koalisiyası" da bir müsəlman digərinə qarşı döyüşəcək. Ona görə də, Azərbaycan belə bir koalisiyaya qoşulmamalıdır. Koalisiyanı elan edən dövlətlər kimlə, harda və necə mübarizə aparacaqlarını bilmirlər. Bu səbəbdən "Terrorizmə qarşı İslam koalisiyası" na ümid bağlamaq olmaz”.

“Terrorizmə qarşı İslam koalisiyası”na Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Pakistan, Bəhreyn, Banqladeş, Benin, Türkiyə, Çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Syerra-Leone, Somali, Qabon, Qvineya, Fələstin, Komor adaları, Qətər, Fil Dişi Sahili, Küveyt, Livan, Liviya, Mali, Maldiv adaları, Malayziya, Misir, Mərakeş, Mavritaniya, Niger, Nigeriya və Yəmən daxildir.


Suriya və İraqda vuruşan döyüşçülərin üstünlük təşkil etdiyi regionlar (Ərəb ölkələrinin yerləşdiyi regionlar qırmızı xəttlə işarələnib)


Bu dövlətlərin toplaşıb, mübarizə apardığı ən böyük terror təşkilatı isə İŞİD-dir. İraq müharibəsinin qızğın dövründə Anbar, Ninəvə, Diyalə, Babil, Kərkük və Səlahəddin bölgələrində aktivlik göstərən qruplaşma üzvləri 2006-cı ilin 15 oktyabr tarixində paytaxtı Baquba şəhəri olan "İraq İslam Dövləti" adlı dövlət elan etdi. Bu tarixdən etibarən "Mücahidun Şura Konseyi" adı altında toplaşan qruplaşmaların keçirdiyi əməliyyatlar "İraq İslam Dövləti" adıyla keçirilməyə başladı.

İŞİD 2014-cü ilin yanvarında müstəqilliyini, 2014-cü ilin iyununda isə yeni xilafət yarandığını elan edib. Terror təşkilatı əsasən İraq və Suriya ərazisində fəaliyyət göstərir.


Terrorçuların əsas toplaşdığı ərazilər


Müsəlmanların bir – biri ilə döyüşəcəyi koalisiyaya daxil olan dövlətlərin bəziləri heç özlərini silahla təmin etmək gücündə deyil. Güclü ərəb dövlətlərin əksəriyyəti isə Avropanın və ABŞ-ın nəzarəti altında olan ölkələrdir. Həmçinin İŞİD-in və Yaxın Şərqdəki digər terror təşkilatlarının tərkibində döyüşənlərin əksəriyyəti ərəb ölkələrindən gəlmələrdir. Bəzi mənbələr həmin ərəb dövlətlərinin terror təşkilatlarını maliyyələşdirdiyi bildirirlər. İndi isə həmin dövlətlər koalisiya yaradıb, terror təşkilatlarına qarşı mübarizə aparmaq istəyirlər.

Həmçinin koalisiya Rusiyanın terrorçuluğa qarşı mübarizəni genişləndirdiyi bir vaxtda yaradılır. Bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin müsəlman dövlətlərin rəhbərlərinə terrorçuluğa qarşı birləşməyi təklif etmişdi. Yəqin ki, Qərb bu təklifdən narahat olub. Nəzərə almaq lazımdır ki, bu koalisiyada Rusiyanın təsiri altında olan Mərkəzi Asiya dövlətləri yoxdur. Ona görə də, koalisiyanın bilavasitə Qərbin sifarişi əsasında yaradıldığı aydın görünür.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Rusiyada vulkan püskürdü

24 İyul 2017 08:58

Rusiyada vulkan püskürüb

24 İyul 2017 08:57

İranda 5,4 bal gücündə zəlzələ baş verib

24 İyul 2017 08:51

Kompüteriniz üçün maraqlı şəkillər - FOTOSESSİYA

24 İyul 2017 08:47

İş yerində yatanlara ƏLA İMKAN

24 İyul 2017 08:42

Kabildə törədilən partlayış nəticəsində ölənlərin sayı 20-yə çatıb - YENİLƏNİB

24 İyul 2017 08:42

Əmmanda İsrail səfirliyinə hücum nəticəsundə ölənlərin sayı artıb

24 İyul 2017 08:42

28 milyonluq dünya ulduzu Türkiyə klubunda

24 İyul 2017 08:37

Murad Bozun tərəf müqabili tanınmaz halda - FOTO

24 İyul 2017 08:32

2 otaqlı ev yanıb

24 İyul 2017 08:27

Bakıda "BMW" yanıb

24 İyul 2017 08:22

Rusiyada içərisində azərbaycanlıların da olduğu mikroavtobus aşıb: 2 ölü, 4 yaralı

24 İyul 2017 08:22

Bakıda qayınana kürəkənini bıçaqlayıb

24 İyul 2017 08:22

Məşhur aktrisa anasının atasını öldürməyindən danışdı

24 İyul 2017 08:22

28 yaşlı qadın dərmandan zəhərlənib

24 İyul 2017 08:12

Dənizdə 1 nəfər xilas edilib

24 İyul 2017 08:12

Yol qəzasında 4 nəfər xəsarət alıb

24 İyul 2017 08:12

Ötən gün Xəzər dənizində 1 nəfər batıb, 2 nəfər xilas edilib

24 İyul 2017 08:06

Muzeylər kafe və restoran biznesindən də pul qazanacaqlar

24 İyul 2017 08:05

"Soçi görüşü Azərbaycan ilə Rusiya arasında münasibətlərin inkişafı üçün böyük əhəmiyyət daşıyır"

24 İyul 2017 08:05

Arı pətəyini dağıtdı, həyatını itirdi - ŞOK ÖLÜM

24 İyul 2017 08:03

Rusiyada yanğında 5 nəfər ölüb

24 İyul 2017 07:57

Kabildə terrorçu-kamikadze özünü partlatdı

24 İyul 2017 07:49

Suriyada partlayış: 50 ölü

24 İyul 2017 07:42

Bu balıq görənləri təəccübləndirdi - FOTO

24 İyul 2017 07:37

Reyhan - min bir dərdin dərmanı

24 İyul 2017 07:23

45 yaşlı qadının öd kisəsindən 200 daş çıxdı - FOTO

24 İyul 2017 07:22

Yaponiya sahillərində 5,7 bal gücündə zəlzələ baş verib

24 İyul 2017 07:17

İran və İraq müdafiə sahəfində protokol imzalayıblar

24 İyul 2017 07:12

Polşada etiraz aksiyaları genişlənir -

24 İyul 2017 07:09

Necə edək ki, qabaran keks çökməsin? - MƏSLƏHƏT

24 İyul 2017 07:05

Ağstafada qəza: 4 yaralı

24 İyul 2017 06:33

Fərqli Luma - FOTO

24 İyul 2017 06:32

Sürücünü hamının gözləri qarşısında güllələdilər -

24 İyul 2017 06:15

Yaponiya silkələndi - 5,7 bal

24 İyul 2017 05:33

Kurort kolleksiyası - FOTO

24 İyul 2017 05:32

Bərdədə ev yandı

24 İyul 2017 05:09

Dəhşətli təyyarə qəzalarının anbaan görüntüləri -

24 İyul 2017 04:33

Şabranda müəllim maşını aşırıb, 3-ü uşaq olmaqla 5 nəfər xəsarət alıb

24 İyul 2017 04:32

Kirstin həmişəki kimi parladı - FOTO

24 İyul 2017 04:32

İran və İraq müdafiə sahəsində protokol imzaladılar

24 İyul 2017 03:58

Yenə də Sara - FOTO

24 İyul 2017 03:32

Vaşinqton Moskvanı yenə cəzalandıracaq -

24 İyul 2017 03:28

Cüdoçularımız Avropa çempionu oldu - FOTOLAR

24 İyul 2017 03:03

Rusiyada içərisində azərbaycanlıların da olduğu mikroavtobus aşıb, 2 nəfər ölüb

24 İyul 2017 03:02

Rusiyada faciə: bir ailənin 5 üzvü yanaraq öldü

24 İyul 2017 02:39

İsrail mövqeyini yumşalda bilər

24 İyul 2017 02:39

Benksi sənətinin parodiyası - FOTO

24 İyul 2017 02:32

Bakıda yeni dələduzlar peyda olub - VİDEO

24 İyul 2017 02:18

Almaniyanın ən yaxşı futbolçusu bəlli oldu

24 İyul 2017 01:49