Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ İranı sevindirəcək

ABŞ İranı sevindirəcək

Date: 18 December 2015 00:05

ABŞ 2016-cı ilin yanvarında İranın üzərindən sanksiyaların bir qismini götürə bilər. 

Milli.Az APA-ya istinadən bildirir ki, bunu ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinə məktubunda dövlət katibi Con Kerri qeyd edib.
 
Kerri rəsmi Tehranın üzərinə götürdüyü öhdəlikləri icra etdiyini qeyd edərək, İranın artıq nüvə silahının istehsalı ilə məşğul olmadığını vurğulayıb.
 
Ötən gün Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib ki, ABŞ İranın nüvə sahəsində fəaliyyətini təhlükəli hesab edəcəyi təqdirdə Tehrana  qarşı yeni sanksiyalar tətbiq edəcək.    
Milli.Az


Tags:  ABŞ İranı sevindirəcək


RƏYLƏR


Top news