Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yunanıstana daha 1 mlrd. avro ayırır

Yunanıstana daha 1 mlrd. avro ayırır

Date: 18 December 2015 00:19

Avrozona rəhbərliyi Yunanıstana 1 mlrd. avro məbləğində növbəti kredit tranşının  ayrılmasını dəstəkləyib. APA-nın məlumatına görə, bunu “Reuters”ə Aİ rəhbərliyindəki mənbə bildirib. Qeyd edək ki, bundan bir gün əvvəl Yunanıstan parlamenti beynəlxalq kreditorlarla razılaşdırılmış qənaətə dair yeni tədbirlər haqqında qanunu dəstəkləyib, hökumət isə Brüsselin etirazına səbəb olmuş sosial qanun layihəsini geri çağırıb.  

 

“Tranş bir şərtlə təsdiqlənib - Yunanıstan bir neçə texniki addımlar atmalıdır, qərarlar rəsmi nəşriyyatda dərc edilməlidir. Bu şərtlər artıq dekabrın 18-nə icra edilməlidir. Bundan dərhal sonra Avropa Stabilləşdirilmə Mexanizmi vəsaiti köçürməyə başlayacaq”, deyə məlumatda bildirilir. 


Tags:  Yunanıstana mlrd avro ayırır

RƏYLƏR


Top news