Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Saatlı polisi dərman peraparatlarını oğurlayan rayon sakinini saxlayıb

Saatlı polisi dərman peraparatlarını oğurlayan rayon sakinini saxlayıb

Kabel oğruları tutuldu (16 Mart 2017 21:12)
Mərkəzi Univermaqdan qızıl oğurlayan tutuldu (08 Mart 2017 13:47)
Balakən sakinini süni göldə cərəyan vuraraq öldürüb (03 Mart 2017 11:42)

Tarix: 18 Dekabr 2015 00:52

Bakı. 18 dekabr. REPORT. AZ / Gözətçi işləyən Saatlı rayon sakini ona əmanət olunan malları oğurlayıb.
"Report" xəbər verir ki, oğurluq hadisəsi Saatlı şəhərində fəaliyyət göstərən "CTS-aqro" MMC-də qeydə alınıb. Belə ki, "CTS aqro" MMC-nin anbarından xeyli miqdarda ziyanverici həşəratalara qarşı istifadə olunan dərmanların oğurlandığı barədə polisə məlumat verilib.
Dərhal rayon polisi hərəkətə keçib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənin şəxsiyyəti müəyyənləşdirilərək saxlanılıb. Məlum olub ki, bu, həmin cəmiyyətdə 10 il gözətçi işləyən Saatlı sakini Mirşaiq Baba oğlu Həşimovdur.
İlkin dindirilmə zamanı məlum olub ki, iş növbəsində olan Mirşaiq Həşimov anbarın açarını ələ keçirərək oradan 6500 manat dəyərində dərman peraparatlarını oğurlayaraq öz maşını ilə aradan çıxıb.
Faktla bağlı Saatlı rayon Polis Şöbəsində araşdırma aparılır. 

Teqlər:  Saatlı polisi dərman peraparatlarını oğurlayan rayon sakinini saxlayıb



RƏYLƏR


Top xəbərlər