Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanı şoka salan məlumatlar (VİDEO)

Azərbaycanı şoka salan məlumatlar (VİDEO)

Date: 18 December 2015 01:26

Bu günlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanda demoqrafik vəziyyətlə əlaqədar cəmiyyətini şoka salacaq məlumat yaydı.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev “Nəzər Nöqtəsi”ndə cəmiyyətdə sosial-iqtisadi proseslərlə demoqrafik vəziyyətə aydınlıq gətirib.

– İdris müəllim, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çıxışlarının birində bildirib ki, rüşvətxorluğa qarşı nə qədər mübarizə aparılsa da, müəyyən problemlər ortaya çıxır. Hətta nazirliyin bir əməkdaşının səs yazısı nazirə təqdim olunmuşdur. Bu istiqamətdə problemlər, nə zaman aradan qaldırılacaq?


– Hazırda nazirlik müxtəlif fəaliyyət üzrə məmur-vətəndaş ünsiyyətini minumuma edirilməsini qarşısına məqsəd qoyub. Belə ki, ötən dövr ərzində bu sahədə ciddi islahatların həyata keçirilməsinə başlanılmışdı. Məhz cənab prezidentin fevral ayında ünvanlı dövlət sosial yardım sisteminin avtomatlaşdırılması, sentyabr ayında isə əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.

- Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov eyni zamanda onun da qeyd etmişdir ki, bir ayağı olmayan əlil bir ildən bir, üç ildən bir yoxlamaya gedir. Guya üç ildən sonra bir ayağı olmayan əlilin ayağı yerinə gələcək. Məhz bu cür problemlər necə aradan qaldırılacaq?

- Bir daha qeyd edim ki, cənab prezidentin imzaladığı məlum fərmanda əsasən bu iki məsələ öz əksini tapmışdır. Birinci məsələ, sistemin avtomatlaşdırlması. Yəni məmur-vətəndaş ünsiyyətini minumuma edirilməsidir. Hazırda əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsilə əsas iki təşkilat məşğul olur. Yəni əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun təyin edilməsi üçün insanla ilk olaraq tibb müəssisələrin birinə müraciət edirlər. Müraciət edən şəxs həkim ekspert komissiyası tərəfində müayinə olunarq əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyənləşdirmək üçün bir göndəriş “Forma 88” vərəqəsi verilir. Vətəndaşlar həmin sənədi aldıqdan sonra nazirliyin tibbi-sosial ekspertiza komissiyalarına müraciət edirdilər. Və müvafiq qaydada əlillik və yaxud da sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilirdi. Sistem fəaliyyətə başlayandan sonra, artıq bütün bu proseslər avtomatlaşdırılacaq. Yəni nazirliyin həkim ekspert komissiyalarımız müvafiq olaraq Səhiyyə Nazirliyin elektron informasiya bazasına daxil edəcək. Eyni zamanda bu elektron imza ilə də təsdiq olunacaq.

Müsahibəyə daha ətraflı aşağıdakı video materiallarda baxa bilərsiniz:




Tags:  Azərbaycanı şoka salan məlumatlar VİDEO


RƏYLƏR


Top news