Putinin milyarder kürəkəni

Putinin milyarder kürəkəni
02:01 18 Dekabr 2015
69 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın RBK xəbər agentliyi prezident Vladimir Putinin qızı Katerina Tixonovanın həyat yoldaşı Kirill Şamalov barədə araşdırma təqdim edib.


Katerina Tixonova - Vladimir Putinin qızı

ANS PRESS-ini məlumatına görə, Rusiya prezidentinin kiçik qızı Katerina Tixonova "İnnopraktika" təşkilatının baş direktoru, Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) prorektorudur. MDU-nun prorektoru Katerina Tixonovanın Vladimir Putinin qızı olmasını noyabr ayında “Reuters” agentliyinə "Qazprombank"ın direktorlar şurasının sədr müavini Andrey Akimov təsdiq edib.

Katerina Tixonova 31 avqust 1986-cı il tarixdə Almaniyanın Drezden şəhərində KQB zabiti Vladimir Putinin ailəsində anadan olub. Ailənin ikinci qızıdır. Həm də idmançı kimi məşhurdur və akrobatik rok-n-rolla məşğul olur. 2014-cü ildə Rusiya çempionatının qalibi, Avropa və dünya çempionatlarının iştirakçısı olub.

Dekabrın 17-də 2015-ci ilin yekunu ilə bağlı çıxış edən Rusiya prezidenti qızı ilə bağlı da danışıb: «Mən müxtəlif vaxtlarda Katerina Tixonova haqqında müxtəlif şeylər oxumuşam… Mən oxumuşam ki, mənim qızlarım xaricdə yaşayır, amma indi düzünü yazırlar - onlar Rusiyada yaşayırlar və yalnız Rusiya ali məktəblərində oxuyublar».


Kiril Şamalov - rus milyarder

Rusiya prezidenti çıxışı zamanı qızının 33 yaşlı milyader Kiril Şamalovun həyat yoldaşı olması barədə yazılanları da təkzib etmiəyib. «Reuters» agentliyi «Sibur» kimya holdinqində 21,3 faiz paya malik Kiril Şamalovun kapitalını 2 milyrad dollar səviyyəsində qiymətləndirir.

Şamalovun mətbuatın diqqətinə çıxması dünən - 2015-ci il dekabrın 17-də Rusiya üçün ilin ən iri iqtisadi sövdələşməsinin baş verməsi ilə bağlıdır: gəlirinə görə dünyanın ikinci iqtisadi subyekti olan «Sinopec» (Çin) şirkəti «Sibur» şirkətinin səhmlərinin 10 faizini alıb. Böhran olmasına baxmayaraq Çin şirkəti «Sibur»un qiymətini qurulduğu andan bu günə kimi ən yüksək səviyyədə - 13,4 milyard dollar müəyyən edib.

Putin ailəsinin biznes ortağı Nikolay Şamalovun oğlu olan Kiril və böyük qardaşı - «Qazfond»un rəhbəri Yuri Şamalov Moskvada çılğın avtomobil həvəskarı kimi məşhurdurlar. Onlar hər il mayın sonunda Moskvada keçirilən retromobil rallisinə qatılırlar.


Kiril Şamalov retromobil rallisində

Rusiya mətbuatı həyatının 15 ilini diş həkimi işləmiş Nikolay Şamalovun hansı yolla milyarder olması üzərində baş sındırır. Bəziləri onun tibbi avadanlıq satışında böyük uğur qazanaraq iri məbləğdə komisyon gəlirlər əldə etdiyini iddia edir. Amma bəzi Rusiya KİV-ləri isə diş həkimlərinə avadanlıq satmaqla bu qədər varlı olmağı qeyri-mümkün sayırlar.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367535

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR