Şahin Diniyev: "Görüşün nəticəsi komandanın taleyinə təsir edəcəkdi"

"Xəzər Lənkəran" - "Kəpəz" (0:1) oyunundan sonra qonaqların baş məşqçisi Şahin Diniyevin mətbuat konfransı keçirilib.

Təcrübəli mütəxəssis oyunun vacibliyini xüsusi vurğulayıb:

"Çox vacib oyuna çıxmışdıq. Görüşün nəticəsi komandanın taleyinə təsir edəcəkdi. Ardıcıl oyunlarda heç-heçələr etmişdik. Sevinirəm ki, vəziyyəti elə də yaxşı olmayan meydançada yaxşı rəqibə qarşı görüşdə qələbə qazandıq. Futbolçular tapşırıqları yerinə yetirdilər. Taktiki cəhətdən bəzi dəyişikliklər etmişdik. Dəyişikliyin nə dərəcədə uğurlu alınıb-alınmayacağı məni narahat edirdi. Amma yekunda qələbə əldə edə bildik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR