Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Avakov Saakaşvilini məhkəməyə verdi

Avakov Saakaşvilini məhkəməyə verdi

Date: 18 December 2015 02:04

Ukraynanın daxili işlər naziri Arsen Avakov onu korrupsiyada ittiham etmiş    Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilini məhkəməyə verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu DİN rəhbəri “1+1” telekanalının efirində çıxışı zamanı bildirib.

 

“Mən cənab  Saakaşvilini məhkəməyə vermişəm. Mənim bildiyimə görə, baş nazir Arseni Yatsenyuk da istefaya getmək niyyətindədir.

 

 Qeyd edək ki, bir neçə gün əvvəl Milli İslahatlar Şurasının toplantısında iki siyasətçi arasında insident baş verib. Avakov Saakaşvilinin ittihamlarına cavabında bir stəkan suyu onun üzünə atıb. 


Tags:  Avakov Saakaşvilini məhkəməyə verdi

RƏYLƏR


Top news