Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

ABŞ konsulluğuna hücum planlaşdıran 11 nəfər saxlanıldı

ABŞ konsulluğuna hücum planlaşdıran 11 nəfər saxlanıldı

Bəhreyndə hökümətə hücum planlaşdırılan 14 terrorçu saxlanılıb (27 Mart 2017 08:05)
Hökümətə hücum planlaşdırılan 14 terrorçu saxlanıldı (27 Mart 2017 07:28)
Londondakı terrorla bağlı daha 1 nəfər saxlanıldı (26 Mart 2017 22:18)

Tarix: 18 Dekabr 2015 02:44

ABŞ-ın İstanbuldakı konsulluğuna hücum hazırlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıb. APA-nın DHA-ya istinadən verdiyi xəbərə görə, ötən gün axşam saatlarında saxta pasportlarla saxlanılan suriyalıların İŞİD terror qruplaşmasının üzvləri olduğu ehtimal edilir. İki gün əvvəl qeyd olunan iş üzrə bir nəfərin – Suriya vətəndaşı Məhəmməd Rahil əl Hardaninin saxlanılması barədə məlumat verilmişdi.

 

Qeyd edək ki, keçən həftə Mərkəzi Kəşfiyyat İdarəsi və Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MIT)  İŞİD silahlılarının ABŞ-ın Türkiyədəki mühüm obyektlərinə - səfirlik, konsulluq və hərbi bazalarına hücum törətməyi planlaşdırdığını bildiriblər. 


Teqlər:  ABŞ konsulluğuna hücum planlaşdıran 11 nəfər saxlanıldı



RƏYLƏR


Top xəbərlər