Avropada Xarici Sərhədlərin Müdafiəsi və Sahil Mühafizəsi üzrə Agentlik yaradılacaq

Avropada Xarici Sərhədlərin Müdafiəsi və Sahil Mühafizəsi üzrə Agentlik yaradılacaq
03:22 18 Dekabr 2015
27 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ Avropa İttifaqının 2015-ci ildə növbəti və təcili sammitlər seriyasından sonuncusu ötən gün Brüsseldə keçirilib.
"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, Aİ liderlərinin özləri etiraf ediblər ki, cari il Avropa inteqrasiyası tarixində ən mürəkkəb il olub.
"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, sammitin yekun sənədində göstərilir ki, Şengen zonası daxilində şəffaf sərhədlər sistemi üçün ciddi təhlükə yaranıb.
Sənəddə göstərilir ki, Şengen zonası daxilində şəffaf sərhədlər sistemi üçün ciddi təhlükə yaranıb.
Bu səbəbdə Aİ-yə üzv dövlət nümayəndələri Avropa Komissiyasına müraciət edərək Xarici Sərhədlərin Müdafiəsi və Sahil Mühafizəsi üzrə Agentliyin yaradılmasını təklif ediblər. "Bu agentliyin yaradılması ilə bağlı fəaliyyət dərhal baslamalıdır", deyə sammit iştirakçıları vurğulayıblar.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/xarici-serhedlerin-mudafiesi-ve-sahil-muhafizesi-uzre-avropa-agentliyi-yaradilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR