Neftin qiyməti “qırmızı hədd”i keçib (VİDEO)

Neftin qiyməti “qırmızı hədd”i keçib (VİDEO)
04:01 18 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

Son dövrlərdə neftin qiymətinin 40 dollardan da aşağı düşməsi neft ixrac edən ölkələrin ciddi narahatçılığı ilə üzləşib.

ANS TV-nin məlumatına görə, dünya bazarında “qara qızılın” qiymətinin “qırmızı hədd”ən də aşağı düşməsi qara günlər üçün qayğıları artırır.

Azərbaycanın dövlət büdcəsində neftin bir barreli 50 dollardan hesablanıb. Ən bədbin ssenaridə 40 dollardan düşünülüb. Amma indi “Brend” markalı neft 37, “AzəriLayt” markalı neft isə 35 dollara düşüb.

Bazarda təklif də tələbatdan çox, üstəlik bir barrel neftin əldə edilməsi üçün təxminən 15 dollar vəsait sərf olunur.

“Günəşli” yatağında neft yox, baş suya qarışıb. Su qiymətinə satılan neftdən gələcək üçün işıqlı gün görünmür. Proseslər onun göstərir ki, qiymət daha da ucuzlaşacaq. Bu halda iqtisadçılar hesab edir ki, ixracının 90 faizini neft təşkil edən Azərbaycan qeyri-neft sektorunun inkişafını sürətləndirməlidir.

“Qeyri neft setktoru ilə bağlı proqramlara yenidən baxılmalıdır, elə üstünlk verilməlidir ki, onlar neftə alternativ olsun. Yəni bizim ixracımızın yeni bir potensialını yaratmaq lazımdır ki, müasir sahələr olsun, dünya bazarına çıxarmaq olsun. Yoxsa pomidor emalı ilə biz dünya bazarına çıxa bilmərik”, – deyə iqtisadçı Oqtay Haqverdiyev bildirib.

İndiki vəziyyətdə şərq-qərb dəhlizinin, Çindən gələn malların Avropaya daşınması böyük dividentlər gətirə bilər.

Hesablamalara görə, Azərbaycan vasitəsilə şərqdən qərbə və əks istiqamətdə 100 milyon ton yük daşınsa, Azərbaycan ildə ən azı 1 milyard dollar qazana bilər.

Bakı -Tiflis-Qars dəmiryolunun tam işə düşməsi, həm də sərnişindaşıma baxımından Azərbaycana əlavə gəlir gətirə bilər.

“Azərbaycanda kənd təsərrüfatı sahəsinə diqqət artırılmalıdır. Bugünkü gündə bu sahə bərbad vəziyyətdədir. Azərbaycanın potensialı çoxdur. Biz hətta neftdən gələn gəlirdən artıq gəlir əldə edə bilərik”, - deyə Oqtay Haqverdiyev qeyd edib.

Qeyri-neft sektoruna diqqətin artırılacağı gözlənilir. Bu il büdcə daxilolmalarında qeyri-neft sektorun xüsusi çəkisi artıq 65 faiz səviyyəsindəgözlənilir. Gələn il isə onun payı 71 faizədək artacaq.

Yalnız piroritet təşkil edililən və artıq icrasına başlanan layihələr tamamlanacaq. Hökumət qənaət proqramını işə salır.

Bu arada SOCAR maliyyə dayanıqlığı saxlamaq məqsədi bəzi xərcləri azaldır, hökumətin büdcəyə yenidən baxmaq planı isə yoxdu.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367553

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR