Rusiya daha bir ölkənin hava sərhədini pozdu (FOTO)

Rusiya daha bir ölkənin hava sərhədini pozdu (FOTO)
04:31 18 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın AN-72 hərbi təyyarəsi Estoniyanın hava sərhədini pozub.

ANS PRESS-in məlumatına görə, bu barədə Estoniya Müdafiə Nazirliyi məlumat verir. Hadisə Fin körfəzində Vayndloo adası yaxınlığında baş verib.

"Yerli vaxtla saat 12.10-da Rusiya Federasiyasının silahlı qüvvələrinin AN-72 hərbi təyyarəsi Estoniyanın Vayndloo adası ərazisində icazəsiz olaraq hava məkanına daxil olub", - deyə nazirliyin xəbərində bildirilir. Baş verən hadisə ilə əlaqədar Rusiya səfiri Tallində ölkənin Xarici işlər nazirliyinə çağrılıb. Ona rəsmi etiraz notası verilib.


Vayndloo adası

Rusiyaya aid “SU-24” hərbi təyyarəsinin Türkiyə hərbi aviasiyasına məxsus “F-16” qırıcısı ilə Suriya sərhədində vurulmasından sonra Rusiyanın daha əvvəl də analoji hadisələr törətməsi gündəmə gəlib. NATO Avropa Müttəfiq Qüvvətlərinin Ali Komandalığı Rusiyaya aid qırıcıların ötən il Avropa ölkələrinin bir çoxunun hava sərhədini ən azı 150 dəfə pozduğunu bildirib.



NATO məlumatlarında Rusiyanın Baltik və Skandinav ölkələrinin hava sərhəddini tez-tez pozduğu, həmçinin ABŞ və Kanadanın havadan müdafiə bölgələrini və Yaponiyanın hava və dəniz sərhədini pozduğu bildirilir. Rusiya ən yadda qalan bu cür hadisəni ötən ilin aprel ayında Baltik dənizinin beynəlxalq sularına girərək törədib. Bu zaman Amerika hərbi donanmasına aid kəşfiyyat təyyarəsi Rıs qırıcılarının hücumuna məruz qalmışdı. Həmçinin NATO-dan bildirilib ki, Rusiya qırıcıları Estoniyanın hava sərhəddini 6, Finlandiyanın hava sərhəddini 3, Danimarka və Polşanın hava sərhəddini 1 dəfə pozub.Ruslar İsveçin hava sərhəddi də 2012-ci ildə 7, 2013-cü ildə 8, 2014-cü ildə 10 dəfə pozublar.


Hadisənin baş verdiyi ərazi xəritədə

Pentaqon 2014-cü ilin avqust sentyabr aylarında Rusiyaya aid atom bombardımançı təyyarəsinin 16 dəfə ABŞ və Kanadanın hava sərhəddini pozduğu bildirilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367559

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR