Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İsrail etirazlara səbəb olan müqaviləni imzaladı

İsrail etirazlara səbəb olan müqaviləni imzaladı

Date: 18 December 2015 05:06

İsrail baş naziri Benyamin Netanyahu liberal deputatların və ətraf-mühit fəallarının aylarla davam edən etirazlarına baxmayaraq dəniz yataqlarından qazın çıxarılması üçün ABŞ şirkətləri ilə iri məbləğli kontraktlar imzalayıb.

ANS PRESS-in məlumatına görə, təbii resursları kasad olan İsrail Aralıq dənizində qaz yatağı kəşf olunduğunu 5 il əvvəl elan edib, İsrail və ABŞ şirkətləri müştərək olaraq həmin yataqdan qaz hasil etməyə başlayıb.

Habelə ölkənin anti-inhisar komissiyası ötən il hasilat hüquqlarının verilməsində monopoliya faktı aşkarladığından, Levifian qaz yatağında hasilat işlərini kimin aparacağını rəqabət yolu ilə müəyyən etmək üçün tender keçirməyi qərara alıb.

Kontraktın tənqidçilərinə görə, hökümət Amerika şirkətləri ilə müqavilə bağlamaqla, İsrail xalqına qarşı çıxıb. Baş nazir Netanyahu bu kimi çağırışların “populist” olduğunu bildirərək, cümə axşamı müqaviləyə öz imzasını atıb.

Müqavilənin əleydarları məsələni İsrail ali məhkəməsinə qaldırmaq üçün petisiya hazırlayır.


Benyamin Netanyahu - İsrailin baş naziri

Tags:  İsrail etirazlara səbəb olan müqaviləni imzaladı


RƏYLƏR


Top news