Qırıcılar Türkiyədən çıxdı (FOTO)

Qırıcılar Türkiyədən çıxdı (FOTO)
06:31 18 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ dövlət katibi Con Kerrinin Moskvaya səfərindən sonra Pentaqon Türkiyədən 12 F-15 qırıcısını çıxarıb.

ANS PRESS-in məlumatına görə, bu barədə "Deutsche Welle" nəşri xəbər verib.

F-15 Eagle və F-15 Strike Eagle döyüş təyyarələri Türkiyəyə bir ay əvvəl göndərilmişdi. NATO-nun Türkiyədə yerləşən "İncirlik" aviabazasına verilmış qırıcı-bombardmançılar Türkiyənin sərhədlərini müdafiə etmək və İŞİD terrorçularına zərbələr vurmaq üçün nəzərdə tutulmuşdu. Təyyarələr Böyük Britaniyada yerləşən öz daimi bazalarına göndərilib. Pentaqon öz növbəsində bunun Rusiya-Türkiyə münasibətləri ilə bağlı olmadığını bildirib.


"İncirlik" aviabazası

Pentaqon qeyd edib ki, qırıcılarının "İncirlik" aviabazasında yerləşməsi müddətsiz xarakter daşımayıb. Bununla belə Pentaqon təyyarələrin Britaniyaya dekabrın 15-də ABŞ Silahlı Qüvvələrinin qərargah rəislərinin Birgə Komitəsinin sədri Cozef Danfordla Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında baş tutmuş telefon danışığından sonra istiqamət aldığını təsdiq edib.



Mütəxəssislər təyyarələrin geri çağırılmasını Rusiya ABŞ-ın İŞİD terror qruplaşmasına qarşı birgə mübarizə aparmaq haqda razılaşması ilə əlaqələndirirlər. Onlar iki böyük dövlətin terrorçulara qarşı birgə mübarizə aparacağını güman edirlər. Təyyarələrin "İncirlik" aviabazasından geri çağrılmasını bir gün əvvəl ABŞ müdafiə naziri Eşton Karter elan edib.


"İncirlik" aviabazası xəritədə

Bir müddət əvvəl Fransa hərbi təyyarələrini “İncirlik” hərbi bazasında yerləşdirməyə və Türkiyə hava məkanından istifadə edərək terrorçulara zərbə vurmağa qərar verib. NATO-ya üzv ölkələr Suriya-Türkiyə sərhədində baş verən hadisədən sonra Türkiyənin hava məkanının təhlükəsizliyinin gücləndirilməsi üçün əlavə tədbirlərin görülməsi haqda qərar qəbul edib. Bu bəyanatı NATO Xarici İşlər nazirlərinin Brüsseldə keçən toplantısının yekunları ilə bağlı keçirilən mətbuat konfransında alyansın baş katibi Yens Stoltenberq səsləndirib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367563

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR