Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Pekində yenidən ən yüksək duman xəbərdarlığı elan edilib

Pekində yenidən ən yüksək duman xəbərdarlığı elan edilib

Date: 18 December 2015 06:47

Bakı. 18 dekabr. REPORT.AZ/ Çinin paytaxtı Pekində rəsmilər bu il ərzində ikinci dəfə ən yüksək duman xəbərdarlığını elan edib.

"Report"un "Gazeta.Ru"-ya istinadən verdiyi xəbərə görə, “qırmızı" səviyyəli xəbərdarlıq ən yüksək xəbərdarlıq səviyyəsi hesab edilir və zavodların istehsalı azaltmasını tələb edir.
Növbəti üç gün ərzində ekoloji vəziyyətin pisləşəcəğini qeyd edən rəsmilər, bildiriblər ki
havanın çirklənməsi Pekin sakinləri üçün xroniki sağlamlıq riski yaradır.
Bu müddət ərzində paytaxt sakinlərinin şəxsi avtomobillərdən istifadəsi qadağandır. Paytaxt məktəblərində dərslərin da dayandırılacağı gözlənilir.
Kömürlə işləyən sənaye və istilik sistemləri, eyni zamanda tikinti meydanlarından qalxan toz, dumanın yaranmasına səbəb olub. Rütubət və küləksiz hava şəraiti də vəziyyəti daha da mürəkkəbləşdirir.

Tags:  Pekində yenidən yüksək duman xəbərdarlığı elan edilib

RƏYLƏR


Top news