"Günəşli" yatağı ilə bağlı açıqlama (VİDEO)

"Günəşli" yatağı ilə bağlı açıqlama (VİDEO)
06:56 18 Dekabr 2015
74 Digər
Ölkə mətbuatı
A- A+

“Günəşli” neft yatağında baş vermiş yanğının söndürülməsi üçün işlər davam edir.

ANS TV-nin məlumatına görə, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində mümkün neft dağılmalarının və yarana biləcək ekoloji fəsadların qarşısını almaq məqsədilə yaradılan işçi qrup tərəfindən monitorinqlər bu gün də davam etdirilib.

Monitorinqlər havadan helikopterlər, dənizdən xüsusi təchiz edilmiş gəmilər vasitəsilə aparılıb və təxminən 3 saat davam edib. Qəza rayonunda hər hansı neft dağıntısı müşahidə olunmayıb.

Hazırda hadisə yerində olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mirsalam Qəmbərov ANS-ə açıqladı ki, “Günəşli” yatağı və “Neft Daşları” ərazilərində, eləcə də onların ətrafında neft sızıntılarına dəlalət edən ləkələr qeydə alınmayıb:

“Yanan qaz quyularıdır. Əgər yanan qaz quyularına kənardan müdaxilə olunmasa, tam olaraq burada qazın yanmasını gözlə görə bilərik. Ekologiya Nazirliyi də burada müşahidələrini davam etdirir, hazırda çirklənmə qeydə alınmayıb”.

SOCAR-ın məlumatına görə, baş verə biləcək neft dağılmalarına qarşı xüsusi bonlarla təchiz edilmiş 6 gəmi hadisə yerindədir. Bonlar dağıla biləcək neftin gəmilərə doldurulması və utilizasiya üçün xüsusi məntəqələrə çatdırılması və bu yolla mümkün ekoloji fəsadların qarşısının əvvəlcədən alınması məqsədi daşıyır.

Yanan neft quyularının söndürülməsi ilə dənizə neft dağılmaları təhlükəsi aradan qaldırılıb. İtkin düşənlərin axtarışları davam edir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367555

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR