Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ-ın dövlət katibi Liviya böhranına dair sazişi yüksək qiymətləndirib

ABŞ-ın dövlət katibi Liviya böhranına dair sazişi yüksək qiymətləndirib

Date: 18 December 2015 07:07

Bakı. 18 dekabr. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Con Kerri Liviyadaki münaqişə tərəfləri arasında əldə olunan böhranın dinc yolla nizamlanması və milli birlik hökumətinin yaradılmasına dair yekun sazişi yüksək qiymətləndirib.
"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, Mərakeşin Sxerat şəhərində imzalanan sənədə Ümummilli Konqres və Liviya parlamentinin nümayəndələri dəstək veriblər.
Liviya sakinlərinə səslənən Kerri, "Cəsur siyasətçiləri alqışlayıram. Hər bir liviyalı bu yekun sazişi dəstəkləməli və milli birliyin əldə olunmasına tövhə verilməlidir" deyə vurğulayıb.

Tags:  ABŞ-ın dövlət katibi Liviya böhranına sazişi yüksək qiymətləndirib

RƏYLƏR


Top news