Nino Burcanadze: "Gürcüstan Rusiya ilə..."

Nino Burcanadze: "Gürcüstan Rusiya ilə..."
07:52 18 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az APA-ya istinadən bildirir ki, Gürcüstanın parlamentinin sabiq spikeri Nino Burcanadze hökuməti Rusiya ilə viza rejiminin ləğv olunması məsələsində hərəkətsizlikdə ittiham edib və ölkə rəhbərliyini bu istiqamətdə aktiv fəaliyyətə başlamağa çağırıb.   

"Gürcüstan rəhbərliyi "Rusiya yönümlü" adını almaqdan çəkinərək yalnız bəyanatlar verməklə kifayətlənir  və bu məsələlərin həll etməyə cəsarəti yoxdur. Mənim səfərlərimdən sonra siyasi cəbhədə müsbət nəticələr müşahidə edilməyə başlayıb və rəhbərlik effektiv olsaydı,  hazırda  Gürcüstan-Rusiya münasibətlərində tam başqa reallığın şahidi olardıq. İrəıiləyişə nail olmaq üçün fəal addımlar atmağın tam vaxtıdır", deyə Burcanadze qeyd edib.   
 
Onun sözlərinə görə, o hələ yayda Rusiyanın Gürcüstanla viza rejiminin nəinki sadələşdirmək, hətta ləğv etmək niyyətində olduğu barədə məlumatlı olub: "Normal hökumət yüksək səviyyədə görüşlər keçirərək vizasız rejimin Gürcüstanın marağında olduğunu bəyan edərdi".  
 
Qeyd edək ki,  Nino Burcanadze 2015-ci ildə bir neçə dəfə Rusiyaya səfər edərək Dövlət Dumasının spikeri Sergey Narışkin və XİN rəhbərinin müavini Qriqori Karasin də daxil olmaqla bir neçə rəsmi şəxslərlə görüşüb.
 
Xatırladaq ki, Rusiya prezidenti Vladinir Putin ötən gün Moskvanın Gürcüstanla viza rejimini ləğv etməyə hazır olduğunu qeyd edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/391162.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR