Uşaqların uzaq durmalı olduğu qidalar

Uşaqların uzaq durmalı olduğu qidalar
07:52 18 Dekabr 2015
93 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az musavat.com-a istinadən uşaqların uzaq durmalı olduğu qidaları təqdim edir.

Qəhvə: infarkta yol açmaqla yanaşı, yuxusuzluq və dişlərdə saralma yaradır.

Kartof qızartması (free): tərkibindəki akrilamid maddəsi damar sərtliyi, şişkinlik və xərçəngin yaranmasına səbəb olur.

Kolbasa, sosiska: tərkibində natrium nitrit olan kolbasa və sosiskanın yeyilməsi xərçəng xəstəliyinin yaranmasına səbəb olur.

Çipsi: bu qida xərçəng xəstəliyindən piylənməyə, şəkər xəstəliyindən unutqanlığa qədər bir çox xəstəlik yaradır.

Asitli içkilər: tərkibində asit olan bu cür içkilərin mədə və bağırsaq xəstəlikləri yaratma ehtimalı var.

Hazır (yarımfabrikat) şorbalar: toz halına gətirilmiş, dəfələrlə istehsal olunmuş, içərisində həddən çox qatqı maddələri olan hazır şorbalar xərçəngə yol açır.

Rəngli şirniyyatlar: içərisində rəng yaradan kimyəvi maddələr olan şirniyyatlar diş çürüməsi daxil olmaqla, piylənmə, şəkər xəstəliyi, ürək və qan dövranı xəstəlikləri, xərçəng, yüksək təzyiq, iflic və sümük əriməsinə gətirir.

Çiy yumurta: çiy yumurtanın tərkibində zərərli salmonella mikrobu var ki, bu da müxtəlif xəstəliklər törədə bilər.

Spirtli içkilər: beyin və sinir sisteminə mənfi yöndə çox ciddi təsir edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/391161.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR