Bakıda "JEEP" yanıb - FOTO

Bakıda "JEEP" yanıb - FOTO
07:57 18 Dekabr 2015
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Yasamal rayonunda yanğın hadisəsi baş verib. Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Həsən bəy Zərdabi küçəsindəki  qeydə alınıb. Belə ki, dayanacaqda dayanan "JEEP" markalı avtomobil  qəfil yanmağa başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə İdarəsinin Yasamal rayon hissəsinin yanğınsöndürənləri  cəlb olunub. Yanğın tez bir zamanda söndürülüb.

Alovun ətrafa yayılmasını qarşısı alınıb. Avtomobilin sahibinin sözlərinə görə, maşını bir aya yaxındır ki, idarə etmir. Avtomobili dayanacaqda saxlayıb. İşlək vəziyyətdə olmayan avtomobildə baş verən yanğını FHN-nin  mütəxəssisləri araşdırır. 
 
Faktla əlaqədar araşdırmalar davam edir.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/391163.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR