Neftin qiyməti yenidən 37 dollardan aşağı düşdü

Neftin qiyməti yenidən 37 dollardan aşağı düşdü
08:17 18 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+

Dünya birjalarında neftin qiyməti yenidən kəskin ucuzlaşıb. Neftin bareli bir neçə gün əvvəl olduğu kimi 37 dollardan aşağı düşüb.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, "Brent" markalı neftin bir bareli dünya bazarlarında ötən gün 37,13 dollara satılırdısa, bu gün isə 36,95 dollar olub.

"Texas" (WTI) markalı neftin bir barelinin qiyməti isə 35 dollardan da aşağı düşüb.

Belə ki, "Texas" (WTI) markalı neftin bareli ötən gün 35,44 dollara idisə, bu gün 34,77 dollardır.

"AzəriLayt" markalı neftin qiyməti 1.13 dollar ucuzlaşıb. "AzəriLayt" bir barrelinin qiyməti 38,08 dollardır. Azərbaycan üçün neftin qiymətində qırmızı xətt 40 dollar hesab edilir.

Bu dəfə əmtəə birjalarında da qiymətlər əvvəlki günlərlə müqayisədə xeyli ucuzlaşıb. Qızılın qiyməti ötən gün 1 qram üçün 34.30 dollar təşkil edirdisə, bu gün 33,93 dollar olub. Gümüşün qiymətində də ucuzlaşma olub. 1 qram üçün 0.44 dollar müəyyənləşib. Ötən gün isə 0,45 dollar idi.

Azərbaycan manatının məzənnəsində də dəyişiklik olub. Belə ki, dollar bahalaşıb, avro isə ucuzlaşıb. Mərkəzi bankın məlumatına görə, 1 ABŞ dollarının qiyməti 1.0499 AZN təşkil edib. 1 avro isə ucuzlaşaraq 1.1394 AZN-ə dəyişdirilir. Rusiya və Türkiyə valyutasında dəyişiklik olmayıb. 1 rubl 0.0149 AZN, 1 Türk lirəsi isə cüzi bahalaşaraq 0,3565 AZN olaraq müəyyənləşib.

Azərbaycan Mərkəzi Bankının ən son məlumatlarına görə ölkəmizdə xarici valyutaların məzənnəsi belədir:

Mənbə: Mərkəzi Bank

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/391169.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR