Paytaxtda qadın sürücülər qəza törədiblər, yaralılar var - FOTO

Paytaxtda qadın sürücülər qəza törədiblər, yaralılar var - FOTO
08:22 18 Dekabr 2015
13 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtın Nəsimi rayonunda qadın sürücülər yol qəzası törədiblər. Milli.Az APA-ya istinadən xəbər verir ki, 24 yaşlı Şəfa Qurbanova Bülbül prospekti ilə "KİA" markalı avtomobili ilə hərəkətdə olarkən Şamil Əzizbəyli küçəsindən qəfil onun yolu digər xanım sürücünün idarə etdiyi "KİA" çıxıb. Avtomobillər toqquşub. Toqquşmadan sonra avtomobil maneəni aşıb pilləkənlərdən zirzəminin keçidinə düşüb.

Qəza zamanı Şəfa Qurbanova və 55 yaşlı Gülnarə Qurbanova xəsarətlər alıblar. İlkin ehtimala görə, qəzaya Şamil Əzizbəyov küçəsi ilə hərəkət edən "KİA"nın sürücüsünün gözləmə nişanına məhəl qoymaması səbəb olub.
 
Faktla əlaqədar araşdırmalar aparılır.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/391171.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR