Ermənistanda keçirilmiş referendum Avroda tənqid olunub

08:48 18 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Brüssel, 18 dekabr, AZƏRTAC
Avropa Parlamentinin (AP) “Parlament” (The Parliament Magazine) jurnalının son nömrəsində Sərhədsiz İnsan Hüquqları Təşkilatının direktoru Villi Fotrenin dekabrda Ermənistanda keçirilmiş referendumla bağlı “Armenia constitutional referendum marred by massive violations” sərlövhəli yazısı yer alıb. (https://www.theparliamentmagazine.eu/blog/armenia-constitutional-referendum-marred-massive-violations). Yazıda sözügedən referendum zamanı aşağıdakı məqamlara toxunulub.
Bildirilib ki, ənənəvi olaraq seçkiləri müşahidə edən beynəlxalq təşkilatlar tərəfindən göndərilən müşahidəçilərin sayı çox az olub. Xüsusən qeyd olunmalıdır ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu başqa hallarda bir qayda olaraq, müşahidə üçün yüzlərlə şəxs göndərməsinə baxmayaraq, bu qurum sözügedən referendumu izləmək üçün 4 ekspertlə kifayətlənib və referendumla bağlı hesabatını 2016-ci ilin fevralında yayacaq.
Yazıda vurğulanıb ki, referendum ciddi pozuntular şəraitində keçirilib. Misal üçün, Kasax kəndində 178 sakin bir mənzildə “qeydiyyatda olmuş”, həmçinin seçicilərin kütləvi şəkildə səsvermə məntəqələrinə daşınması, onlara təlimatların verilməsi və gizli səsvermə hüquqlarının pozulması, eləcə də səslərinin korrupsiya yolu ilə alınması halları bir sıra müxalif partiyalar və QHT-lərin nümayəndələri tərəfindən qeydə alınıb.
Ermənistanın Mərkəzi Seçki Komissiyasının məlumatına görə, referendumda iştirak faizi minimum səviyyədən yalnız 0.5 faiz olub. Rəsmi məlumata görə, seçicilərin 63,35 faizi yeni konstitusiyanı dəstəkləmiş, lakin bu nəticə səsvermə hüququ olanların yalnız 31 faizini təşkil edir.
Referendumun sabahı Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi F.Moqerini ölkə ilə Aİ arasında yeni müqavilə üzrə danışıqların başlanması haqqında bəyanatla çıxış edib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ermenistanda_kechirilmis_referendum_Avroda_tenqid_olunub-912270

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR