İnsanlar niyə intihar edirlər?

İnsanlar niyə intihar edirlər?
09:22 18 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+

İntihar hallarının 60%-i yaz-yay aylarında baş verir. Belə hesab edilir ki, intiharın əsasını, yəni 70%-ni depressiya təşkil edir. Ümumiyyətlə isə depressiya keçirən insanların 15%-i intihar edir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsindən Elgün Səfərov deyib. Onun sözlərinə görə, dünyada hər il 1100000 insan ozünə qəsd edir və 19 milyon insanın isə özünə qəsdi uğursuz alınır:
 
"Dünya Səhiyyə Təşkilatının məlumatları göstərir ki, intiharların daha çox iqtisadi və sosial baxımdan yoxsul ölkələrdə baş verməsinə baxmayaraq, istisnalar da mövcuddur. Məsələn, Latın Amerikasının və Yaxın Şərqin bir çox yoxsul ölkələrində intiharların səviyyəsi Qərbi Avropanın zəngin dövlətlərinə nisbətən yetərincə aşağıdır. Bu baxımdan iqtisadi baxımdan inkişaf səviyyəsi ilə öyünə biləcək Baltikyanı ölkələrdə, Finlandiya və Macarıstanda intihar səviyyəsi ümumi Avropa göstəricisindən xeyli çoxdur. Ada dövlətlərində, məsələn, Kubada, Yaponiyada, Şri-Lankada, Mavrikidə və s. intiharların səviyyəsi inanılmaz dərəcədə yüksəkdir. İntiharlarda dinin xüsusi əhəmiyyəti var. Belə ki, əksər islam ölkələrində intihar sayı, demək olar ki, sıfra bərabərdir, təxminən, 100 min adama 0,1 intihar sayı düşür. Əhalisi daha çox xristianlığa və ya induizmə tapınan ölkələrdə intihar səviyyəsi yetərincə yüksəkdir".

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı intiharın (suisidin) 800 səbəbini göstərib. Bunlardan 41%-i məlum deyil, 19%-i cəzalanmanın qorxusuna görə, 18%-i ruhi xəstəliyə, 18%-i evdəki məhrumiyyətlərə, 6%-i ehtirasa, 3%-i pul itkisinə, 1,4%-i həyatdan doyduğuna, 1,2%-i fiziki xəstəliyə görə intiharlardır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/391182.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR