"Neftçi"nin futbolçusu Anete üçün 2015-ci il başa çatıb. Fanat.az хəbər verir ki, baş məşqçi Əsgər Abdullayev son turun oyununda ispan forvardın хidmətindən yararlana bilməyəcək.
Buna səbəb Anetenin cəzalı duruma düşməsidi. Belə ki, AZAL-la oyunun 90-cı dəqiqəsində hakimi aldatmağa cəhd etdiyinə görə cəzalanan futbolçu sarı vərəqə limitini doldurub. Bu səbəbdən o, 2015-ci ilin sonuncu oyununda "Kəpəz"ə qarşı oynamayacaq.
Fanat.az