Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Saakaşvilinin sifətinə stəkan çırpan nazir onun müdafiəsinə qalxdı

Saakaşvilinin sifətinə stəkan çırpan nazir onun müdafiəsinə qalxdı

Date: 18 December 2015 09:47

Ukraynanın daxili işlər naziri Arsen Avakov Mixeil Saakaşvilinin müdafiəsinə qalxıb.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, Arsen Avakov Facebook səhifəsində Rusiya prezidenti Vladimir Putinin Mixeil Saakaşviliyə dair məsləhətlərinə ehtiyacın olmadığını bildirib. Avakov statusunda yazıb ki, Saakaşviliyə qarşı olan tənqidi münasibətinə baxmayaraq, Ukraynanın əvəzinə qərar vermək Putinin işi deyil.

Rusiya prezidenti Vladimir Putin gürcüstanlı jurnalistin Rusiya-Gürcüstan münasibətləri haqqında sualını cavablandırarkən deyib ki, "Saakaşviliyə vəzifə vermək Ukrayna xalqının üzünə tüpürmək deməkdir".

Xatırladaq ki, 2013-cü ildə Gürcüstan prezidenti vəzifəsindən ayrılandan sonra Mixeil Saakaşvili bir müddət Avropa və ABŞ-da hüquq sahəsində çalışıb. Sonradan isə Ukraynaya yollanıb. 2014-2015-ci illərdə Ukrayna siyasi mühitində mühüm rollardan birini oynayan Mixeil Saakaşvili prezident Petro Poroşenko tərəfindən Odessa vilayətinin qubernatoru təyin edilib.

Milli.Az


Tags:  Saakaşvilinin sifətinə stəkan çırpan nazir onun müdafiəsinə qalxdı


RƏYLƏR


Top news