Dünyanın ən böyük səhnəsi türk müğənni üçün qurulacaq

Dünyanın ən böyük səhnəsi türk müğənni üçün qurulacaq
09:57 18 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Yeni il gecəsi konsert verəcək müğənni Hande Yener üçün dünyanın ən böyük səhnəsi hazırlanır.

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, müğənni 31 dekabr gecəsi konsertdə böyük bir vizual şou və sevilən musiqilərini təqdim edəcək. Hazırlıqları aylar əvvəl başlayan konsertdə 40 nəfərlik orkestr, 30 nəfərlik rəqs qrupu, səhnə, işıq, səs və quruluş olmaqla 175 nəfərlik bir komanda yer alacaq. Hande Yenerin konserti üçün İngiltərədən 5 yük avtomobili quruluş materialı gətirilib. 500 kvadrat metrlik nəhəng bir səhnənin qurulacağı konsertdə 7500 kvadrat metrlik ekran istifadə edilərək dünyada bir ilkə imza atılacaq. Müğənni konsert öncəsi vertolyotla fanatlarına havadan səslənəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/391190.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR