Müğənni Ayan Babakişiyeva sosial şəbəkədə onu tənqid edənlərə sərt cavab verib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, burnunda plastik əməliyyat etdirən ifaçı yeni görünüşünü bəyəndiyini vurğulayıb:
"Bəsdir yazdınız, "əvvəl daha gözəl idin". Əvvəl də deyirdiniz ki, sifətində acılıq var, özündən razısan, özünü gözəl hesab edirsən. İnanın, indiki görünüşümdən çox razıyam. Əsas odur ki, kompleksdən çıxdım".
Milli.Az