"Snam" şirkəti TAP layihəsinin səhmdarı olub

"Snam" şirkəti TAP layihəsinin səhmdarı olub
10:12 18 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ Norveçin "Statoil" şirkətinin Trans-Adriatik boru kəməri (TAP) layihəsindəki 20% payının İtaliyanın "Snam" qaz infrastruktur şirkətinə satılması əməliyyatı yekunlaşıb. "Report" xəbər verir ki, bu barədə TAP konsorsiumu məlumat yayıb.
Beləliklə, TAP-ın səhmdarları bu şirkətlər olub: BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%).
"TAP-AG"-nin icraçı direktoru Yan Bredşou (Ian Bradshaw) "Snam" şirkətinin rəsmi olaraq TAP layihəsinə qoşulmasından məmnun olduğunu bildirib.
"Snam" şirkətinin bu layihədə olması yeni mənbədən Avropanın enerji bazarına qaz nəqlini həyata keçirəcək TAP layihəsinin strateji mövqeyini daha da gücləndirməyə davam edəcək", - deyə Y.Bredşou əlavə edib.

Qeyd edək ki, "Statoil" şirkətinin dekabrın əvvəlində yaydığı məlumata görə, alqı-satqı əməliyyatının məbləği 208 mln. avro təşkil edir.
Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" çərçivəsində hasil olunan qaz Avropaya nəql olunacaq. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə Cənubi İtaliyaya qədər uzanacaq. Boru kəmərinin uzunluğu 878 km təşkil edir.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/snam-sirketi-tap-layihesinib-sehmdari-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR