Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dünya elektron ticarət sahəsində hansı region liderdir?

Dünya elektron ticarət sahəsində hansı region liderdir?

Date: 18 December 2015 10:16

Asiya-Sakit okean regionu Çin, Hindistan və İndoneziyada orta sinfin formalaşmasına, eləcə də internetdən istifadəni asanlaşdıran mobil telefonların yayılmasına görə ən böyük elektron ticarət bazarıdır.
 
Bildirilir ki, regionda elektron kommersiya sahəsində pərakəndə satışın həcmi 877,61 milyard dollara çatacaq ki, bu da ötən ildən 37 faiz çoxdur.
 
Asiya-Sakit okean regionu internetdə alış-veriş xərclərinin ən yüksək olduğu regionlar siyahısında liderdir.
 
Regionda onlayn satışın artım tempi digər regionlara nisbətən daha yüksəkdir və dünya orta göstəricisini 10 faizdən çox üstələyir.   
 
Çin, Hindistan və İndoneziya regionda artımın əsas hərəkətverici qüvvəsi hesab olunur. 2015-ci ildə Hindistanda elektron ticarətin həcmi 129,5 faiz, İndoneziyada 65,6 faiz təşkil edib.
Dünya elektron ticarət sahəsində pərakəndə satışın 40 faizi isə Çinin payına düşür və ölkə dünya bazarında payını genişləndirməkdə davam edir. 2019-cu ilədək bu göstəricinin 55,1 faizə çatacağı gözlənilir.
 
Hazırda Asiya-Sakit okean regionunda internetdə pərakəndə satış pərakəndə ticarətin ümumi göstəricisinin 10,2 faizini təşkil edir. 2019-cu ilədək bu göstərici 20,4 faizə çata bilər. Dünyada onlayn alışların orta hesabla 12,8 faiz təşkil edəcəyi proqnozlaşdırılır, - “www.payspacemagazine.com” yazır.  



Tags:  Dünya elektron ticarət sahəsində hansı region liderdir



RƏYLƏR


Top news