​Roma Papası Tereza ananın müqəddəsləşməsinə maneəni aradan götürüb

​Roma Papası Tereza ananın müqəddəsləşməsinə maneəni aradan götürüb
10:22 18 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ Roma Papası Frantsisk tanınmış katolik rahibəsi, müqəddəs ana Kəlküttəli Terezanın möcüzələrini qəbul edib.
"Report" TASS-a istinadən xəbər verir ki, Papa bu qərarı özünün anadan olmasının 79 -cu ildönümüdə qəbul edib. Bununla 2003-cü ildən Kəlküttəli Terezanın müqəddəsləşəməsinə maneə olan Roma katolik kilsəsinin qərarı aradan götürülüb.
Xəbərə əsasən, bir neçə gün öncə Vatikanın Müqəddəsləşmə üzrə Məclisi yekdiliklə beynində şiş olan 35 yaşlı braziliyalı qadının  Tereza ananın duaları ilə sağlmasını möcüzə sayıb. Həkimlər həmin xanma bu xəstəliyinin müalicə olunmadığını bildiribmiş.
"Əzab çəkən insana yardım etdiyi üçün" 1979-cu ildə Nobel Sülh Mükafatına layiq görülmüş Tereza ananının müqəddəsləşməsi 2016-cı il sentyabrın 4-də, vəfatının 19-cu ili günü elan ediləcək.
Qeyd edək ki, Tereza ana (əsl adı Aneza Qonca Boyaciu) 1910-cu il avqustun 26-da Makedoniya Skopye şəhərində alban ailəsində anadan olub. Uşaqlıqdan rahibə olmağı arzulayan Tereza 18 yaşında İrlandiyaya gedərək, "İrland Loreto bacıları" Rahibə Ordeninə qoşulub. Qonca 1927-ci ildə müqəddəs elan edilmiş Lizadan olan rahibə Terezanın şərəfinə 1931-ci ildə adını dəyişib.
Orden onu Hindistana göndərib və o, 1948-ci ildə Kəlküttədə "Məhəbbət xeyriyyəçiləri bacılar" Rahibə Cəmiyyətini qurub. Hazirda bu qurumun 120 ölkədə 400 bölməsi və 700 xeyriyyəçi evi fəaliyyət göstərir.
Tereza ana 1997-ci iləd Kəlküttədə vəfat edib. 2003-cü ilin oktyabrında Roma-katolik kilsəsi onu mömin elan etmişdi. 

Xəbərin orijinal ünvanı: http://report.az/maraqli/roma-papasi-tereza-ananin-muqeddeslesemesine-maneeni-aradan-gotur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR