Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Natavandan plastik əməliyyat iddialarına cavab

Natavandan plastik əməliyyat iddialarına  cavab

Date: 18 December 2015 10:26

Müğənni Natavan Həbibi plastik əməliyyat etdirmsini deyənlərə cavab verib.

Axşam.az-ın məlumatına görə, sənətçi makiyajsız şəklini paylaşaraq ittihamları rədd edib:

“Bu şəkli yayda çəkdirmişəm. Paylaşmağımın səbəbi odur ki, bəzilərinə faktla cavab vermək istəyirəm. “Natavan niyə yalan deyirsən, estetik etdirmisən” sözlərini yazanlara foto ilə cavab verirəm. Makiyajsız halım budur. Nədir odur. Makiyaj və rəngli linzalar görünüşümü dəyişdirirsə, bu normal haldır. Yalanla ümumiyyətlə aram yoxdur və kimsədən qorxmuram ki, nəsə gizlədim".

N.Həbibi vaxtı gələndə plastik əməliyyat etdirəcəyini bildirib:

"Estetik əməliyyat etdirsəm deyəcəm. Edənlərə pis baxmıram. Hər xanım gözəl olmağa layiqdir. Amma olmayan şeyləri heç vaxt boynuma alıb susmaram. Bunu yəqin ki, anladınız. Həyatımda olan bəzi hadisələri yadımıza salaq. Ona görə də kiminsə haqqına girmədən yaşayaq. Allaha şükür mən öz görünüşümdən şikayətçi deyiləm. Amma yaşa dolduqca lazım olsa, hansısa düzəlişlər etdirəcəm. Çünki səhnə gözəlliyi sevir. Mən də gözəl olmaq istəyirəm. Belə də ki, əsas bəxtiniz gözəl olsun. Gözəllik başa bəla olur”.

Tags:  Natavandan plastik əməliyyat iddialarına cavab

RƏYLƏR


Top news